manera.az
manera.az

Biz hələ susuruq, dəniz danışır...| MANERA.AZ

📅 04.07.2015 14:36

Biz hələ  susuruq, dəniz danışır...| MANERA.AZ

manera.az
Bir söz de

Biz hələ susuruq,
Dəniz danışır,
Sahil mürgülüdü,
Dalğalar oyaq,..
Bir söz de – deyirsən –
Səbrim tükənir,
Nə qədər dayanaq axı, bu sayaq...

... Dəniz yırğalayır ləpələrini,
Dəcəl ləpələr də yatmaq istəmir,
Dəniz oxuduqca nəğmələrini,
Üfüqdə günəş də batmaq istəmir;

Sahilə dəli tək çırpır özünü,
Sonra da astaca geri çəkilir,
Dalğalar beləcə SEVGİ sözünün
Sahilin ovcuna çəkir şəklini...

Mən də dalğalara dönmək istədim,
Sən mənim əbədi sahilim olsan,..
Baxıb gözlərinə, demək istədim:
- Həsrətin ağlımı başımdan alsa...

Başını xəfifcə əyib çiynimə,
Nə olar, bir kəlmə danış, deyirsən:
Heç nə deməyəcəm, heç nə,.. incimə!
Baxıb anlamasan məni, əgər sən...

Dodağım üşüyür, əlim darıxır...
Yenə də astadan pıçıldayırsan;
Gözündən gözümə işıqlar axır,
Bir söz de,..
Bir söz de,.. pıçıldayırsan.

Vahid Aslan


Baxış sayı - 3 098 | Yüklənmə tarixi: 04.07.2015 14:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031