manera.az
manera.az

Eşidirsənmi məni, Tanrı? - ŞEİRLƏR | MANERA.AZ

Eşidirsənmi məni, Tanrı? - ŞEİRLƏR | MANERA.AZ
manera.azCavidan Mirzəzadə

Eşidirsənmi məni, Tanrı?

Eşidirsənmi məni, Tanrı?
Gəl bir az söhbət edək,
Bilirəm sən də tənhasan.
Yəqin sən də darıxırsan...
Allahlığın təkliyindədirsə
Onda sən tək deyilsən,
Mən də varam...
Qışın bu soyuğunda
Gecənin qaranlığında,
Səni tənha qoymaram.

Eşidirsənmi məni, Tanrı?
Gəl bir az söhbət edək...
Sən tərk edəni
İnsanlar yaman dəyişib, Tanrı
Varlığın, yoxluğun haqqında
Tez tez mübahisələr düşür,
Hər şey sənin əlində ikən
Niyə taleyini verdin əlindən, Tanrı...

Eşidirsənmi məni?
Gəl bir az söhbət edək
Söhbət edəcək qədər inandım sənə,
Xatırlayacaq qədər unutdum,
Sevəcək qədər nifrət etdim, Tanrı
Görəcək qədər baxa bilmədim...

Eşidirsənmi məni?
Dama dama göl olmadı Tanrı
Dama dama çürüdü damlarımız
Başımızda iz saldı illərin damcıları
Amma göl olmadı Tanrı
Göl olmadı...

Eşidirsənmi məni, Tanrı?
Niyə cavab vermirsən axı?
“Allah yoxdur” deyib küsdürdülərmi səni yoxsa?
Yoxluğunu boynuna aldın,
Yoxluğunu qəbul etdin,
Yoxsa yoxluğunla barışdın Tanrı?

***

Yuxuda görüş

Yaxşı ki, qarşılaşdıq
Danış görüm, necəsən?
Söylə, gündüzü qoyub,
Niyə gəldin gecə sən?

Danış, özündən bir az,
Nə olsun ki gecədir?
Biraz ailəndən danış,
Söylə ərin necədir?

O səni məndən alıb
Xoşbəxt edə bildimi?
Söylə içindəki eşq
Yaşadımı, öldümü?

Ağla, boşalt qəlbini,
Göz yaşını silərəm.
Bircə unutdum demə
Yuxudaca ölərəm...

De sevirəm hələ də,
De ki, həqiqət budur...
Yalan da olsa söylə.
Bu onsuzda yuxudur...

O vaxtdan illər keçib
Hələ də görüşürük.
Yolumuz ayrılsa da,
Bir yuxuya düşürük.

Niyə lal dayanmısan?
Danış daha, dayanma
Hara yoxa çıxırsan?
Yalvarıram, oyanma...


Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30