manera.az
manera.az

ÇÖRƏK - atamın bir ömür işsizliyi... | MANERA.AZ

📅 30.08.2016 22:35

ÇÖRƏK - atamın bir ömür işsizliyi... | MANERA.AZ
Taleh Eminoğlu


Belə...

çörək
sizin üçün toxluq və bərəkətdisə
mənim üçün atamın bir ömür işsizliyi

müharibə
sizin üçün qəhrəmanlıq, Hollivud filmləridisə
mənim üçün öldürülən milyonlarla fikir

torpaq
sizin üçün üzərində durduğunuz yerdisə
mənim üçün bir gün qırışmış bədən
dişsiz ağız, bulanıq göz, əsən əllərlə
qoynuna girəcəyim gənc sevgili.


Baxış sayı - 1 564 | Yüklənmə tarixi: 30.08.2016 22:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930