manera.az
manera.az

Kaş atamın yerinə mən asılaydım... - MANERA.AZ

Kaş atamın yerinə mən asılaydım...  - MANERA.AZ

Emin Akif


"Sehirli çıraq"

Bir çırağ tapmışdım Ələddin kimi
silmişdim tozunu barmaqlarımla.
Çıraqdan əcaib bir cin çıxanda
həyəcan didişdi dırnaqlarımla.

- Əmr elə, sahibim söyləyəndə cin
Sən demə, arzular çin olacaqmış.
Mən hardan biləydim, hardan biləydim
Nə vaxtsa qonağım cin olacaqmış..

Bilmədim haradan, nədən başlayım
Min arzu, min xəyal qurdum başımda.
Bir anda bir kino lentinə bənzər
illərim calandı, durdu başımda.

Belədir, istəyim, diləyim a Cin
tut, qaytar ömrümü illər qabağa.
Atam da qayıtsın, tutsun əlimdən
Mən dönüm suallar verən uşağa...

Gah çıxım atamın çiyinlərinə
Gah qaçım gizlənim, görməsin deyə.
Gah anam hirslənsin gəlsin üstümə
Mən ölüm yalandan , döyməsin deyə.

Hər axşam qapını anam açaydı
Atamın önünə qaçaydım yenə
Oyuncaq alaydı evə gələndə
sevinib göylərə uçaydım yenə.

Yenə də hər səhər gedim məktəbə
Dərdim pul olmasın, geyim olmasın.
Axşamlar qayıdım öz evimizə
dəcəllik etməyə heyim olmasın..

Oynayım uşaqlıq rəqsinə hər gün
toz torpaq üstümə bulansın mənim.
Yenə də hər bayram küçəmiz boyu
önümdə tonqallar qalansın mənim.

Kaş atam yenə də acıqlanaydı
Kaş hərdən bağrına basaydı məni.
Şəklini götürüb anam divardan
Atamın yerinə asaydı məni..

Kaş atam belə tez yox olmayaydı
Kaş hər vaxt mən uşaq olaydım, a Cin.
kaş sən də çıraqdan xilas olaydın
Kaş məndə ömürlük qalaydın, a Cin.

Qəfildən anamın səsin eşitdim
Qayıda bilmədim uşaqlığıma
Həmin an nə çıraq, nə cin yoxuydu..
oyandım saata baxdım səhərdi
sən demə, çıraq da cin də yuxuydu..

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031