manera.az
manera.az

Səni gözəlliyinə bağışlayıram...

Səni gözəlliyinə bağışlayıram...
Manera.az Yusif Nazim Ərəbsoyun şeirlərini təqdim edir:

Qəribə vaxdar

Sənün də qəribə vaxtdarun olub,
Boynuma sarılıb öpən vaxdarun.
Mən səndə özümü itirdiyimdə,
Sən məndə özünü tapan vaxdarun.

Hələlik deyib-gül, hələlik şən ol,
Qabağda başına döyməyün də var.
Hələlik özünə "bəxtəvərəm" de,
Özünü özgətək söyməyün də var.

Özün də fərqində deyilsən hələ,
Oyanıb getmisən, yatıb getmisən?!
Atanda pul atar, adam görmüşük,
Sən mənə məhəbbət atıb getmisən.

Beləcə

Bu şəkil ən acı bir xatirədir,
Bir insan şəkildə beləcə dondu.
Bir insan dünyaya, beləcə, gəldi,
Bir insan dünyadan, beləcə, döndü.

Beləcə, bir insan dünya qazandı,
Beləcə, bu dünya insan itirdi.
Beləcə, tabutsuz döndülər geri,
Beləcə, insanlar insan ötürdü.

Torpağın qəlbinə kim dəyib yenə?
Torpağın bağrında qəbir yeri var.
Beləcə, ot basdı o təzə qəbri,
Yanında köhnə bir ləpir yeri var.

Bağışlıyıram

Deyir, hər gözəlin bir eybi olur,
Səni gözəlliynə bağışlıyıram.
Səndə xəyanət də gözəl alındı,
Səni özəlliyinə bağışlıyıram.

Göz yumdum palçığa suyun xətrinə,
Sevgi bir oyunsa, oyun xətrinə,
Bir gün ölçüləcək boyun xətrinə,
Səni son gününə bağışlıyıram.

Nifrətli ürəklər gözümdə heçdi,
Mən şair adamam, nifrətim keçdi,
Vəfalı vaxtların yadıma düşdü,
Səni o günlərə bağışlıyıram.

Umuda allanıb, sözə inamma,
"Bəlkə, bir gün dönər!" - deyib də, yamma.
Düzdü, bağışlamaq çətindir, amma,
Mən bu ayrılığı alqışlıyıram,
Ayrılıq özü də bir xatirədir,
Səni ayrılığa bağışlıyıram.

Arı sürüsü

Çəmənə uçuşan arı sürüsü kimi
uçuşurdu güllələr.
Arılar güllərdən şirə,
güllələr ürəklərdən can çəkirlər!
Arılar pətəyə döndü,
güllələr darağa dönmədi…

Siqaret

Siqaret yanır, qurtarır,
atırlar külqabıya.
Insan yaşayır, ölür,
basdırırlar məzara.
Hər iksi tez unudulur.

MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31