manera.az
manera.az

Pərvanə Alxaslının ŞEİRLƏRi | MANERA.AZ

Pərvanə  Alxaslının ŞEİRLƏRi  | MANERA.AZ
MANERA.AZ Pərvanə Alxaslının şeirlərini təqdim edir:

Saat

Saat, qocaltdın bizi
Geri ver ömrümüzü.
Əqrəblər son mənzilə.
Sanki ötürür bizi.

Bu dünyaya gələni,
Saatla böyüyürük,
Yamanca qovur bizi
Onunla yüyürük.

Saat alıb əlimdən
Ötən xatirələri,
Vaxt olmur bir düşünəm,
Ötüb keçən günləri.

Dedim:- Saat, əqrəbin,
Heç geri işləyərmi ?
Dedi: - Sənin ürəyin,
Əksinə döyünərmi?

Dedim:- Hünərin varsa,
Sən dur , mən yaşayanda.
Nə vaxt ürəyin dursa,
Dedi , duraram onda.

Mən susdum, o susmurdu,
Nə qəribə oyundu,
Ömrümün sonunadək,
Saat məni qovurdu.

Saat istəyirəm mən,
Amma ki, bomboş olsun,
Zaman elə ötsün ki,
Vaxtım mənə xoş olsun.

Ömür quş təki ötər,
Məhkum olsaq saata,
Saatsız ötüşənlər,
Nə xoşbəxtdir həyatda.

Fikirlər qəddimi əydi beləcə

Min acı, min həsrət içimi yedi,
Bilmirəm, bu sevgi başımda nədi.
Məni ötənlərə qonaq eylədi,
Bir ötən sevgimdən soraq eylədi

Sevgisiz bu həyat , bu ömür heçdir,
Dəyərli illərim, aylarım keçdi,
İndi sevməyim də əlbət əbəsdi,
Kədərim içimi zəmi tək biçdi.

Dün gecə gözümü yummuşdum elə,
Ayrılmaq istədim adi günümdən,
Fikirlər yüklənmiş başıma niyə
Fikirlər qəddimi əydi beləcə.

Ey acı dərdlərim, həqiqətlərim,
Nə olar tərk edin məni bir anlıq,
Sevgidən çağlayan xatirələrim.
Gətirdiz ömrümə siz pərişanlıq.

Yəqin çıxmasaydın qarşıma onda,
Başımda xəyalın gəzməzdi indi.
İtən sevgimizi ömrün sonunda
Əli çırqlı tək gəzməzdim indi.

Yox-yox istəmirəm, mən səni tapım,
Adi günlərimə sevgini qatım.
Ötmüş sevgim ilə xəyalım gəzər,
Ruhum o , ilahi sevgiylə gözəl.

Xoruz

Oxuyurduq bir zaman,
Ay pipiyi qan xoruz.
İndi forslanıb yaman,
Eyləməyir, ban xoruz.
Güdür təmənna xoruz.

Deyir ki, istəməyir,
İndən belə banlamaq.
Daha sərf eyləməyir,
Obaşdannan oyanmaq.
Fikri müəmma xoruz.
Asan bir iş axtarır,
Ki, çəkməsin əziyyət.
Nə isə banlamağa
Heç kəs verməyir qiymət.
Dəyişdin, əmma xoruz.

Deyir banlamaq üçün,
Bir cihaz verin mənə,
Səhər oyanmaq üçün
Bu işi görsün toyuq.
Belə korlanma, Xoruz.

Bəli, bu minval ilə,
Xoruz yolunu azdı,
Özgə toyuqlarına
SMS, filan yazdı.
İşləri qan-qan xoruz.

Bu söz-söhbətdən sonra,
Toyuq hinə gəlmədi.
O da dəyişmək üçün,
Kirayə hin istədi.
Yazıq, zavallı toyuq.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31