manera.az
manera.az

Taleyimi oğurlayan qız _MANERA

Taleyimi oğurlayan qız  _MANERA
Ceyhunə Mehmanqızı 1989-cu ildə Goranboyda dünyaya gəlib. Gəncə ədəbi mühitinin gənc qələm sahiblərindəndir.


CAVABSIZ SUALLAR ÜŞÜDÜR MƏNİ

Bir ömür beləcə keçib, gedəcək,
Desək də, "ay ömür astadan yeri"
Hərə öz yolunu seçib, gedəcək,
Birdə dönməyəcək, ötənlər geri.

Hardasa yoluna çıxacaq biri,
Qəlbinə, yoluna bir iz düşəcək.
Sənin taleyinə dağlar, dərələr,
Mənim taleyimə dəniz düşəcək.

Bizi qocaltmadı birlikdə zaman,
Ömrünə gününə tən olmayacam.
Evində yolunu, gözləyən insan,
Özgəsi olacaq, mən olmayacam.

Üzdə gülümsəyib, şad olsan belə,
Qəlbində özünü hey yeyəcəksən.
Birgə dostlarımız, qohumlarımız,
Məni soruşsalar nə deyəcəksən?

Cavabsız suallar üşüdür məni,
Apar, saçlarıma ələnən, qarı.
Mən səni bir daha görməyəcəm ki,
Deyim, getdiyinə dəydimi barı?!..

MƏNİM TALEYİMİ OĞURLAYAN QIZ

Mənim taleyimi oğurlayan qız,
Söylə razısanmı öz əməlindən?
Ömrümdən qoparıb aldığın kəsi,
Qorxmursan alalar bir gün əlindən?

Mənim taleyimi oğurlayan qız,
Qəlbini şübhələr indi yeyirmi?
Mənə gecə-gündüz dediyi sözü
Sənə də deyirmi? Səni sevirmi?

Mənim taleyimi oğurlayan qız,
Varlığın sevgimi dana bilərmi?
Mənim taleyimdə sönən arzular,
Sənin taleyində yana bilərmi?

Mənim taleyimi oğurlayan qız,
İndi mən yalanam, sən isə gerçək.
Sənə oğurluğu həyat öyrədib,
Sənə cəzanı da həyat verəcək.

QAYITMA

Mənə qayıtmağı düşünmə birdə,
Gedib, ayrılığı özün seçmisən.
Hardasa qalmısan xatirələrdə,
Fəqət, taleyimə çox gecikmisən.

Get səni bir daha görməsin gözüm,
Sus! Bircə kəlmə də sözün olmasın.
Məndə gəlişinə qalmayib dözüm,
Sənin də gəlməyə üzün olmasın.

Atdın əllərinlə məni odlara,
Odumu sovurdun külümə dəymə.
Məni diri-diri qoydun məzara,
Canımı almısan, ölümə dəymə.


XƏYANƏT ETDİM SƏNƏ

Xəyanət etdim sənə,
bağışlama bu dəfə.
Gözlərini dəyişdim,
qaranlıq gecələrə.
Nəfəsini dəyişdim,
xəfif əsən mehlərə.
Dəyişdim varlığını,
dəyişdim bu şəhərə.
Xəyanət etdim sənə.
Dağ-dağ olub qovrulan,
o göylərə sovrulan
kösöyümlə, külümlə.
İçi özümü yandırıb,
özgələri güldürəcək çölümlə.
Xəyanət etdim sənə,
həyatla yox,ölümlə...
Mən səndən üz döndərib,
Sənsizliyi seçmişəm.
Daha sənin dünyandan,
öz dünyama köçmüşəm.
Ömründə qalmasa da,
bir nişanəm, bir izim.
Fəqət bil ki, əzizim,
Atılsam da odlara,
alovlarda bişmədim.
Dünyamı dəyişsəm də,
səni heç dəyişmədim.


MƏN ƏZABAM MƏN KƏDƏRƏM

Mən əzabam, mən kədərəm, ağrıyam,
İz qoyduğum yerdə ölüm cücərər.
Zülmətlərin od püskürən bağrıyam,
Taleyimin rəngindədir gecələr..

Mən günaham,asılaram boynundan,
Tabın olmaz daşımağa yükümü.
Baş açmazsan təbətin oynundan,
"Simruq" sanıb, yandırarsan tükümü.

Mən nisgiləm, gözlərinə hoparam,
Çarəsizcə dözüb, dözüb, susarsan,
Mən tufanam ürəyində qoparam,
Sən özün yellərimdən asarsan.

Dəhşətlidir, bütün sirrli qadinlar,
Aça bilsən bu sirri çöz, aç adam.
Hələ sənin düşünməyə vaxtın var,
Məni sevmə! Məndən uzaq qaç, adam!


BU GÜN AD GÜNÜDÜR SƏNSİZLİYİMİN

Bu gün taleyimdə yollar dolaşıb,
Ayrılıq günüdü, hicran günüdü.
Bəlkə də, təqvimlər yanılıb, çaşıb,
Bu gün sənsizliyin il dönümüdü...

Sənsizlik, zülümdə, zillət də olsa,
Göz yuma bilmədim o səhvinə mən.
Süzdüm göz yaşımı, boş badələrə,
İçdim sənsizliyin şərəfinə mən.

Silib gözlərimi, gülüm, oynayım,
Çoxda ki, ömrümü həsrət bürüyür.
Bu gün ad günüdür sənsizliyimin,
Bu gün sənsizliyim bir yaş böyüyür.


MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31