manera.az
manera.az

"İlk beş dəqiqə" adlı seminar olub MANERA.AZ

📅 28.05.2016 13:55

"İlk beş dəqiqə" adlı seminar olub MANERA.AZ
Gənclərin Maarifləndirilməsinə kömək ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “İctimai yerlərdə davranış qaydalarının təbliği” adlı layihəsinə start verilib.

Manera.az xəbər verir ki, layihədə 100-dən çox gənc iştirak edib.

Layihənin açılış mərasimində İştirak edən ekspertlər layihə haqqında öz fikirlərini bildirdikdən sonra, layihənin ilk seminarı Etika Akademiyasının rəhbəri, Biznes treyner Günel İbrahimin təqdimatında “İlk beş dəqiqə” adlı seminar olub.

Seminar zamanı təlimçi ictimai yerlərdə düzgün davranış qaydalarından, ictimai yerlərdə yaratdığımız təəssüratlardan, düzgün özünü təqdim etmə qaydalarından danışıb.


Xatırladaq ki layihə 3 ay müddətində davam edəcək və İctimai davranışla bağlı ekspertlər tərəfindən müxtəlif mövzulu maarifləndirici seminarlar keçiriləcək.


Baxış sayı - 1 765 | Yüklənmə tarixi: 28.05.2016 13:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930