manera.az
manera.az

Gənclər üçün seminarlar təşkil olunub | MANERA.AZ

Gənclər üçün seminarlar təşkil olunub | MANERA.AZ



Fondun dəstəyi ilə Sabunçu rayonunda gənclər üçün təlim və seminarlar təşkil olunub.

MANERA.AZ xəbər verir ki, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İlk dəfə səs verəcək gənclərin seçkilərə hazırlanması” adlı layihə çərçivəsində növbəti görüşünü keçirib.

Bu dəfə təlim və seminar xaraqterli görüş Sabunçu rayonundakı Gənclər evində təşkil olunub.

İlk dəfə səs verəcək gənclərin seçki prosesinə geniş cəlb olunması məqsədi ilə keçirilən seminarın gündəliyinə Milli Məclisə seçkilərinin təyin edilməsi və təxirə salınması; Deputatlığa namizədlərin irəli sürülməsi, namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, namizədlərin qeydə alınması, toxunulmazlığı, namizədlərin namizədlik statusundan imtina etməsi, qeydə alınmış namizədlərin mediada dərc edilməsi; Milli Məclisin üzvlüyünə namizədliyi qeydə alınmış namizədin vəkil edilmiş şəxsləri; namizədin seçkiqabağı təşviqatı üçün materialların, plakatların və digər təşviqat materiallarınını hazırlanması, imicin formalaşması; seçkilər zamanı səsvermə otağı, seçkilərinin keçirilməsi üçün seçki bülletenləri, seçkilər zamanı səsvermə, seçki məntəqəsində səslərin hesablanması, dairə seçki komissiyasında səslərin hesablanması, seçkilərinin yekinlarının yoxlanılması və təsdiqi, seçkilərinin etibarsız sayılması, seçkilərinin yekunlarını elan edilməsi və s. məsələlər olub.

Seminarın interaktiv bölümündə seçki qanunvericiliyi ilə bağlı iştitrakçıların suallarına cavablar verilib. Seminar iştirakçılarına üzərində “Gənc seçici- 2015” yazılan maykalar və bukletlər paylanılıb.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031