manera.az
manera.az

Qarabağın qurtuluşundan ötən 1 il - LAYİHƏ

📅 02.03.2016 16:43

Qarabağın qurtuluşundan ötən 1 il - LAYİHƏ


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində icra edilən “Qarabağın qurtuluşundan ötən 1 il” layihəsinə yekun vurulub.

MANERA.AZ xəbər verir ki, bağlanış tədbirində Yeni Azərbaycan Partiyasının(YAP) Gənclər Birliyinin şura üzvü, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, layihə rəhbəri Mehti Namazov, digər qonaqlar və bir neçə gənc rəssam çıxış edib.
Qarabağın qurtuluşundan ötən 1 il - LAYİHƏ
Layihə çərçivəsində keçirilən rəsm müsabiqəsinin bütün iştirakçıları təşəkkürnamə, qaliblər isə diplom və hədiyyələrlə təltif olunub.
Qeyd edək ki, layihə Gənclər Fondunun elan etdiyi VII qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriyası üzrə qalib gəlmiş Namazov Mehti Kamil oğlu tərəfindən icra edilirdi. Bu layihə gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsini üçün həyata keçirilən təşəbbüs idi.



Baxış sayı - 2 017 | Yüklənmə tarixi: 02.03.2016 16:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031