manera.az
manera.az

“İstedad axtarışında” - qaliblər bəlli oldu _MANERA


“İstedad axtarışında” -  qaliblər bəlli oldu _MANERA

Oğuz rayon Bilik Evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Oğuz rayon Gənclər və İdman İdarəsinin, Oğuz rayon Təhsil Şöbəsinin və Oğuz Bilik Evinin təşkilati dəstəyi ilə VII-XI sinifdə təhsil alan məktəblilər arasında keçirilən “İstedad axtarışında” adlı şeir, inşa, rəsm və əl işi müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir.

Tədbirdə layihənin rəhəbri Günel Həsənova, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Nərimanoğlu, Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Oğuz Bilik Evinin direktoru Anar Məcidov, Yaradıcılıq Fakultəsinin Oğuz filialının rəhbəri Cəlil Cavanşir, “İnkişafa Doğru” Sosial Araşdırmalar İctimai Biriyinin sədri Cavidan Həsənov, müsabiqədə iştirak edən məktəblilər, müəllimlər, Bilik Evinin tələbələri və rayon ziyalıları iştirak etmişdir.

“İstedad axtarışında” -  qaliblər bəlli oldu _MANERA

Layihənin rəhəbri Günel Həsənova giriş sözü ilə açaraq layihənin məqsədi keçirilməsi, Gənclər Fondunun fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Daha sonra müsabiqənin ekpertlər şurasının sədri, “İnkişafa Doğru” Sosial Araşdırmalar İctimai Biriyinin sədri Cavidan Həsənov müsabiqənin keçirilməsi və gedişatı ilə bağlı qonaqlara məlumat verərək bildirmişdir ki, müsabiqəyə rayonun 15 məktəbindən 75 şagird qatılmışdır.
“İstedad axtarışında” müsabiqəsinə qatılan iştirakçıların 19 nəfəri şeir, 28 nəfəri inşa, 28 nəfəri isə rəsm və əl işi ilə müsabiqəyə qoşulmuşdur.

Müsabiqəyə göndərilən işlər layihəyə cəlb olunmuş ekspertlər tərəfindən kodlaşdırılıb və Oğuz Bilik Evinin, Oğuz rayon Təhsil Şöbəsinin və Oğuz rayon Yaradıcılıq Mərkəzinin hər birindən 3 nəfər olmaqla ümumilikdə 9 nəfər təcrübəli münsiflər tərəfindən qiymətləndirilmişdir. Münsiflərin qiymətləndirilməsindən sonra ekspertlər əvvəlcədən təyin edilmiş kodlar əsasında qalibləri müəyyən etmişdir.

Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Nərimanoğlu müsabiqənin əhəmiyyətindən, Oğuz Bilik Evinin digər təşkilatlarla və təhsil müəssisələri ilə əməkdaşlığının vacibliyindən danışıb, müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxışında Oğuzlu şagirdlərin fəallığına, müsabiqəyə göndərilən işlərin keyfiyyətinə toxunub və o da öz növbəsində müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

Müsabiqənin Münsiflər Heyətinin sədri, Yaradıcılıq Fakultəsinin Oğuz filialının rəhbəri Cəlil Cavanşir Bilik Evinin bundan sonra da bu cür layihələrə dəstək verəcəyini, Oğuzlu şagirdlərlə sıx əməkdaşlıq etməyə hazır olduqlarını qonaqların nəzərinə çatdırıb.

Daha sonra müsabiqədə qalib gələn məktəblilər qiymətli hədiyyələrlə, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun və Oğuz rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və diplomları ilə təltif edilib.
“İstedad axtarışında” -  qaliblər bəlli oldu _MANERA
“İstedad axtarışında” -  qaliblər bəlli oldu _MANERA
“İstedad axtarışında” -  qaliblər bəlli oldu _MANERA

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031