manera.az
manera.az

“İqtisadi Biliklər” üzrə keçirilən seminar MANERA.AZ

📅 28.11.2015 12:11

“İqtisadi Biliklər” üzrə keçirilən  seminar  MANERA.AZ

Təhsil Problemləri İnstitutunda “İqtisadi Biliklər” üzrə keçirilən 4 günlük seminar başa çatdı

Təhsil Problemləri İnstitutunda Maliyyə savadlılığına dair bilik və bacarıqların 12 illik təhsillə bağl kurikulum və standartlarda öz əksini tapması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankının və Almaniya Əmanətləri Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun təşkiltaçılığı ilə seminar keçirildi.

Seminarı İngiltərə məktəblərində maliyyə savadlılığının təhsilə inteqrasiyası üzrə geniş təcrübəyə malik olan və bu mövzuda bir çox ölkələrdə konsultant kimi fəaliyyət göstərən Seliya Əlləbi aparırdı. O, hazırlanacaq yeni “Həyat Bilgisi” fənn kurikulumunda maliyyə savadlılığına dair bilik və bacarıqların verilməsi və standartların yazılması barədə seminar iştirakçıları ilə fikir mübadiləsi aparmış və bu istiqamətdə onlarla öz təcrübəsini bölüşmüşdür. Seminar diskussiya formatında keçirilmişdir.
“İqtisadi Biliklər” üzrə keçirilən  seminar  MANERA.AZ
Seminara 12 illik ümumi təhsilin milli standartlarının hazırlanmasına dair işçi qrupunun, eləcə də “Həyat Bilgisi” fənni üzrə işçi qrupunun üzvləri cəlb olunmuşdur.

Seminarda Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun rəhbərliyi, şöbə müdirləri, mütəxəssisləri, o cümlədən, Mərkəzi Bankın İqtisadi maarifləndirmə qrupunun rəhbəri Ülkər Babayeva, Almaniya Əmanətləri Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Eduard Şmit , həmin fondun Bank məsləhətçisi Əbdrahman Sadırov və layihə üzə köməkçisi Asimə Rəsulova iştirak ediblər.



Baxış sayı - 2 096 | Yüklənmə tarixi: 28.11.2015 12:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031