manera.az
manera.az

Türk teatrı Bakıda |MANERA,AZ

📅 17.05.2016 11:55

[thumb=left]http://manera.az/uploads/posts/2016-05/1463471925_received_546663012181969.jpeg

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı balaca tamaşaçılarını daha bir səhnə sürprizi ilə sevindirəcək. Bu dəfə qardaş ölkənin teatr təmsilçilərinin iştirakı ilə.

Belə ki, 19 may saat 14: 00-da teatrın səhnəsində Türkiyənin məşhur Türk kölgə oyunu “Qaragöz” tamaşası nümayiş olunacaq.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, UNİMA Azərbaycan Milli Mərkəzinin təşəbbüsü və Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə baş tutacaq tamaşanı Bakıdakı bir neçə internat və uşaq evlərinin balaca teatrsevərləri izləyəcəklər.

Onu da qeyd edək ki, təxminən 7 əsr bundan əvvəl Türkiyədə məscid inşa edən iki ustanın - Qaragöz və Hacıvartın həyatından bəhs edən ”Qaragöz” tamaşası Azərbaycanda bundan əvvəl də nümayiş etdirilib və hər dəfə tamaşaçıların rəğbətini qazanıb.

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 439 | Yüklənmə tarixi: 17.05.2016 11:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930