manera.az
manera.az

“Ağ və Qara” tamaşası beynəlxalq festivalda | MANERA.AZ


“Ağ və Qara”  tamaşası  beynəlxalq festivalda | MANERA.AZ
Manera.az xəbər verir ki, 85 yaşını qeyd edən uşaqların sevimli məkanı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir beynəlxalq festivala dəvət alıb.

Belə ki, teatr 15-19 aprel tarixlərində Rusiya Federasiyasının İvanov şəhərində baş tutacaq XI Beynəlxalq “Muraveynik” kukla teatrları festivalında çıxış edəcək.

15-dən artıq kukla teatrının iştirak etdiyi festivalın proqramı zəngindir. Belə ki, teatr bayramında ölkəmizlə yanaşı ev sahibi Rusiyanın bir neçə məşhur kukla teatrı, həmçinin Türkmənistan, Qazaxıstan, Dağıstan və digər ölkələrin də kuklaçıları öz tamaşaları ilə çıxış edəcəklər.

Festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iştirak edəcək kollektiv tamaşaçılar qarşısında teatrın uğurlu səhnə işlərindən olan “Ağ və Qara” tamaşasını göstərəcək. Kamran Şahmərdanın quruluş verdiyi tamaşada əsas rolları Rəhim Rəhimov, İqbal Əiliyev, Cavid İbrahimov və Lina Məmmədova ifa edirlər.

Xatırladaq ki, artıq iki beynəlxalq festivalda uğurla təmsil olunan tamaşa Kamran Şahmərdanın eyniadlı pyesi əsasında böyük tamaşaçılar üçün nəzərdə tutulub. Səhnə əsərində kor uşağın taleyi, onun gözünün günəş tərəfindən açılmasından sonra dünyanı seyr etməsi, gözəlliklərdən zövq alması, qara qövvələrlə rastlaşması və onlarla mübarizəsi öz əksini tapıb.

Turan Etibaroğlu
Manera.az


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031