manera.az
manera.az

Kukla Teatrı mövsümə yeniliklərlə başlayacaq | MANERA.AZ

📅 04.09.2015 12:07

Kukla Teatrı mövsümə yeniliklərlə başlayacaq  | MANERA.AZ

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85-ci teatr mövsümünə start verir.

Teatr yeni mövsümə sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olması və Milli Musiqi günü münasibətilə "O olmasın, bu olsun" tamaşasının nümayişi ilə başlayacaq.

Teatrın direktoru, UNİMA Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə AZƏRTAC-a bildirilib ki, noyabrın 15-dən 20-dək Bakıda baş tutacaq və dünyanın məşhur kukla teatrları və mütəxəssislərinin iştirak edəcəyi "Cırtdan" III Beynəlxalq Kukla Teatrları Festivalının təntənəli açılışı üçün indidən hazırlıq işlərinə başlanılıb. "Dünyanın kukla teatrı mütəxəssislərinin diqqət mərkəzində olan bu teatr bayramının rəngarəng proqramı var və düşünürəm ki, əvvəlki iki festivalda olduğu kimi Azərbaycan tamaşaçıları bu tədbiri də əsl bayram ovqatında qarşılayacaqlar. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyasının dəstəyi ilə təşkil olunacaq bu möhtəşəm tədbirə ev sahibliyi edən teatrımızın da qonaqlara özünəməxsus sürprizləri olacaq. Rəngarəng açılış proqramı ilə yanaşı, festival üçün nəzərdə tutulan tamaşamızı da teatrsevərlərə təqdim edəcəyik", - deyə direktor qeyd edib.

Rəşad Əhmədzadə bildirib ki, teatrın baş rejissoru Qurban Məsimovun quruluş verəcəyi "Qırmızıpapaq" və teatrın gənc rejissoru Anar Məmmədovun hazırlayacağı "Bədheybət və Gözəl" tamaşaları bu ilin sonunadək teatrsevərlərin görüşünə gələcək.

Bundan başqa, İngiltərədən dəvət olunacaq rejissorun quruluşunda "Şair ayı" tamaşasının da iş planında olduğunu diqqətə çatdıran direktor hazırda həmin rejissorla danışıqlar aparıldığını qeyd edib.


Baxış sayı - 2 204 | Yüklənmə tarixi: 04.09.2015 12:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031