manera.az
manera.az

Yeni mövsümdə teatrda maraqlı tamaşalar hazırlanacaq | MANERA.AZ

📅 21.07.2015 10:57

Yeni mövsümdə teatrda maraqlı tamaşalar hazırlanacaq |  MANERA.AZ
Xəbər verdiyimiz kimi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 84-cü mövsümünə yekun vurub.

Teatrın direktoru, Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə bu mövsümdə dörd yeni tamaşa, teatrın nəzdindəki “Oyuq” teatr studiyasının təqdimatında bir neçə xeyriyyə xarakterli konsert-tamaşa təqdim etdiklərini, qarşıdakı mövsümə daha məsuliyyətlə hazırlaşacaqlarını bildirib.

Noyabrda paytaxtımızda keçiriləcək növbəti teatr bayramı - “Cırtdan” III Beynəlxalq Kukla Teatrları Festivalı ilə bağlı məlumat verən R.Əhmədzadə bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, UNIMA-nın dəstəyi ilə keçiriləcək bu möhtəşəm tədbirdə dünyanın aparıcı kukla teatrları və mütəxəssisləri iştirak edəcək. Direktorun sözlərinə görə, qarşıdakı mövsümdə teatrda “Qırmızıpapaq” və “Gözəl və Bədheybət” adlı iki tamaşa hazırlanacaq. Həmçinin dövlət sifarişi ilə Alan Aleksandr Milnin “Vinni-Pux” əsəri əsasında “Şair ayı” adlı tamaşa səhnələşdiriləcək.


Baxış sayı - 1 949 | Yüklənmə tarixi: 21.07.2015 10:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930