manera.az
manera.az

“Oyuq” istedadlar sorağında

              “Oyuq” istedadlar sorağında

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr studiyası yeni istedadların cəlbinə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan studiya mütəmadi olaraq öz sıralarını genişləndirməkdə, sabahın səhnə həvəskarlarını öz ətrafına toplamaqdadır.

Belə ki, daim balaca istedadları axtarıb tapan, onların səhnə vərdişlərini təkmilləşdirərək istedad və bacarıqlarını ortaya çıxaran, balaca sənət vurğunlarını böyük səhnə, çoxminli tamaşaçılarla görüşdürən, müsabiqə və festivallarda iştiraklarını təmin edən studiya yeni istedadların axtarışına çıxıb.

Bu dəfə 4-8 yaş qrupu arasındakı oğlan və qızlara səhnə vərdişlərinin, səs və plastikanın, hər hansı yaradıcı qabiliyyətin nümayiş meydanı açılıb.

Teatrın mətbuat xidmətindən manera.az-a bildirilib ki, “Oyuq”un sıralarına qatılmaq istəyən balacalar 3 iyun saat 14. 00-dan başlayaraq A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kiçik səhnəsindəki seçimlərə qatıla bilərlər. Teatrın rejissor və rəssamlarının, aparıcı aktyorlarının, eləcə də studiyanın rəhbər və pedaqoqlarının aparacağı seçimdə özünü sınamaq istəyən balaca istedadları seçimlərə qatılmağa dəvət edirik.

Turan

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728