manera.az
manera.az

Qarabağın qurtuluşundan ötən 1 il - LAYİHƏ | MANERA.AZ

📅 23.12.2015 18:57

Qarabağın qurtuluşundan ötən 1 il  - LAYİHƏ | MANERA.AZ

“Qarabağın qurtuluşundan ötən 1 il” layihəsinin açılış tədbiri keçirilib.


Tədbirə giriş sözləri ilə layihə rəhbəri, Nərimanov rayonunun fəal gənci Mehdi Namazov başlamışdır. Mehdi Namazov qeyd etmişdir ki, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Gənclər üçün Təhsil Mərkəzinin tərəfdaş təşkilatlar kimi böyük dəstəkçisi olduğu bu layihənin həyata keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsinə və onlarda xoş gələcəyə olan inamın qətiləşdirilməsinə nail olmaqdır.

Layihə rəhbəri sözügedən layihə çərçivəsində keçirilən rəsm müsabiqəsinə təqdim olunacaq əsərlərdə məhz cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasətin yaratdığı əminlikdən irəli gələrək Qarabağın qurtuluşundan ötən 1 illə bağlı xəyallar öz əksini tapmalı olduğunu iştirakçıların nəzərinə çatdırmışdır.
Qarabağın qurtuluşundan ötən 1 il  - LAYİHƏ | MANERA.AZ
Daha sonra çıxış üçün sözə başlayan Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə vurğulamışdır ki, bu tip layihələr gənclərin “Vətən”, “Azərbaycan”, “Qarabağ” və digər ağır çəkili sözləri daha dərindən dərk etməsinə səbəb olur və belə tədbirlərin sayəsində Qarabağın işğaldan qurtuluşu gününün lap yaxınlıqda olduğuna inam yüksəlir. Həmçinin, tədbir iştirakçılarından Suraxanı rayonunun fəal gənci Emil Lətifov və Nərimanov rayonunun fəal gənci Günay İmanova layihənin mövzusu ətrafında fikirlər söyləmiş, belə vətənpərvər layihələrin mütəmadi olaraq təşkil edilməli olduğunun və gənclərin Qarabağla bağlı daha dolğun informasiyalara yiyələnə bilməsi üçün kiv-lərin fəallığının artmasının vacibliyini qeyd etmişdir.

Tədbirin sonunda iştirakçıları layihə ilə bağlı maraqlandıran suallar cavablandırılmışdır.


Baxış sayı - 1 928 | Yüklənmə tarixi: 23.12.2015 18:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031