manera.az
manera.az

Gənc rəssamlar mükafatlandırlıb | MANERA.AZ

Gənc rəssamlar mükafatlandırlıb | MANERA.AZ

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “İlk Avropa Oyunları gənc rəssamların gözü ilə” layihəsi çərçivəsində gənc rəssamların əsərlərindən ibarət sərgi açılıb.

Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək gənc rəssamların belə layihələrə qoşulmasını yüksək qiymətləndirib və bütün iştirakçılara təşəkkürünü bildirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev və Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağali İbrahimov gəncləri qazandıqları uğurlara görə təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıblar.

Layihə əsasında nümayiş olunan rəsm əsərlərinə görə I yerə gənc rəssam Aysel Əliyeva, II yerə Şəhla Abbasova, III yeri isə Lalə Heydərova layiq görülüb. Qaliblərə diplom və xatirə hədiyyələri təqdim olunub.

Sonra sərgi açıq elan edilib. Sərgidə gənc rəssamların 100 dən çox rəsm əsəri nümayiş olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031