Gənclərin əsərləri çap olunub - LAYİHƏ | MANERA.AZ
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Ədəbiyyat, musiqi, təsviri sənət və gənclik” adlı 4 aylıq layihə başa çatıb.
DGTYB-dən MANERA.AZ-a bildirilib ki, layihə çərçivəsində silsilə tədbirlər keçirilib, fərqli sənət sahələrini təmsil edən yaradıcı gənclər bir araya gələrək, işbirliyi məsələlərini müzakirə edib, habelə problemlər, uğurlar barədə fikir mübadiləsi aparıb, yaradıcı gəncliyin qarşısında duran vəzifələr mövzusunda çıxışları dinləyiblər.
Layihə çərçivəsində fərqlənən gənclər fəxri fərmanla təltif olunub, onların əsərləri “Səs... Söz... Rəng” adlı qarışıq topluda dərc olunub.
Topluda dərc olunan 74 gənc müəllifdən 37-si şair, 5-i bəstəkar, 30-u rəssam, 1-i rəssam-fotoqraf, 1-i heykəltaraşdır.
“Elm-Təhsil” nəşriyyatında nəfis tərtibatlı işıq üzü görən kitab 228 səhifədən ibarətdir.