manera.az
manera.az

"Femin ART" Bakıda - Fotolar

"Femin ART" Bakıda - Fotolar
9 may 2025-ci il tarixində Bakının incəsənət məkanlarından biri olan Sedet Art Galeridə, Femin Art Beynəlxalq Qadın Rəssamlar Dərnəyinin Türkiyədən gələn nümayəndələrinin iştirakı ilə möhtəşəm beynəlxalq sərgi keçirilib.

MANERA.AZ xəbər verir ki, sərgi qadın sənətçilərin yaradıcılığını təqdim etməklə yanaşı, beynəlxalq mədəni əməkdaşlıq və dünya sülhü ideyasına xidmət edən bir platformaya çevrilib.

Tədbirdə Azərbaycanın tanınmış ziyalıları, incəsənət adamları, media nümayəndələri və gənc rəssamlar iştirak ediblər.

Sərgidə nümayiş olunan əsərlər qadın ruhunun dərinliklərini, yaradıcı gücünü və bəşəri dəyərlərə olan bağlılığı əks etdirib.

Sərginin açılış mərasimində çıxış edən Femin Art təşkilatının rəhbəri Şükran Üst belə tədbirlərin qadın sənətçilərin beynəlxalq aləmdə tanınması və qadınların sənət vasitəsilə bir araya gəlməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Femin Art Azərbaycan təmsilçisi Nagiya Rzayeva çıxışında qadın sənətçilərin həmrəylik və əməkdaşlıq mühitinin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

UASB Azərbaycan təmsilçisi, rəssam və kurator Nəvai Metin Məmmədoğlu isə bu layihələrin yalnız incəsənət üçün deyil, dünya sülhü üçün də böyük bir addım olduğunu bildirib və gələcəkdə sərginin Türkiyənin Trabzon şəhərində davam etdirilməsi təklifini irəli sürüb. Bu ideya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sərgidə iştirak edən Türkiyəli rəssamlar – Songül Çelik, Gülsen Sayıtoğlu, Şeyda Sözen və Şengül Bişiren öz çıxışlarında Azərbaycan tərəfinin göstərdiyi qonaqpərvərliyə və təşkilati dəstəyə görə təşəkkür ediblər. Onlar bu beynəlxalq əməkdaşlığın yeni sərgilər və layihələrlə davam edəcəyinə ümid etdiklərini bildiriblər.

Tədbirin sonunda “Dünyanın 100 Qadın Rəssamı” adlı beynəlxalq kataloqa daxil olan qadın sənətçilərə rəsmi şəkildə kataloq nüsxələri və sertifikatlar təqdim edilib. Kataloqda dünyanın müxtəlif ölkələrindən qadın rəssamların əsərləri ilə yanaşı, Azərbaycanın ilk qadın rəngkarı – Vəcihə Səmədovaya da xüsusi yer ayrılıb.

Sərgi çərçivəsində yerli və xarici sənətçilər arasında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. Tədbir xatirə fotolarının çəkilməsi və sənət dostluğunun təsdiqi ilə yekunlaşıb.












Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031