manera.az
manera.az

Ankarada Azərbaycanın milli geyimləri nümayiş olunub - Fotolar

Ankarada Azərbaycanın milli geyimləri nümayiş olunub - Fotolar

Ankarada ATO Congresium Beynəlxalq Sərgi Mərkəzində Beynəlxalq Hazır Geyim və Moda Sərgisində Azərbaycan milli geyimləri nümayiş olunub.

27-28 fevral tarixlərində Ankarada ATO Congresium Beynəlxalq Sərgi Mərkəzində “Capital of Fashion COF’25” Beynəlxalq Hazır Geyimlər Moda Sərgisi keçirilməkdədir.

Qeyd edək ki, Anadoluda ən böyük Sərgilərdən olan Beynəlxalq Ankara Moda Sərgisi müxtəlif ölkələrdən iştirakçı və ziyarətçilərə ev sahibliyi edir. Ankara Geyim İstehsalçıları Dərnəyinin dəstəyi ilə təşkil edilən Ankara Moda Sərgisi yeni moda meyllərinin təqdim edildiyi və yeni əməkdaşlıqların açılacağı, eləcə də işgüzar görüşlərin, idxal və ixrac üçün yeni imkanların açılacağı bir platformadır.

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Sərgidə Azərbaycan da geniş təmsil olunur.
Ankarada ATO Congresium Beynəlxalq Sərgi Mərkəzində ölkələr üçün ayrılmış Sərgi stendləri ilə yanaşı, iştirakçı ölkələr milli geyimlərini, habelə yeni istehsal edilmiş geyimləri nümayiş etdirmişlər.

Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Bakı Milli Geyim Evinin Azərbaycan xalça naxışlarından və digər ornamentlərdən ibarət milli geyim kolleksiyası iştirakçılar tərəfindən maraq və alqışlarla qarşılanmışdır.

Azərbaycan milli geyimlərindən ibarət 12 qadın və 7 kişi milli geyimləri, o cümlədən Azərbaycanın müxtəlif bölgələrinin milli geyim nümunələri Türk mankenlər tərəfindən sərgilənib. Moda nümayişində Azərbaycanın “Taylors Home” geyim və parça butikinin təklif etdiyi 17 fərqli gəlinlik geyimləri də böyük marağa səbəb olub.

Qeyd edək ki, Beynəlxalq Sərgi 3 gün davam edəcək, sərgidə Türkiyənin və dünyanın hazır geyimlər, habelə modaçılıq üzrə öndə gələn şirkətləri iştirak edirlər.


Manera.az

Ankarada Azərbaycanın milli geyimləri nümayiş olunub - Fotolar
Ankarada Azərbaycanın milli geyimləri nümayiş olunub - Fotolar
Ankarada Azərbaycanın milli geyimləri nümayiş olunub - Fotolar
Ankarada Azərbaycanın milli geyimləri nümayiş olunub - Fotolar


Baxış sayı - 435 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930