manera.az
manera.az

Bakıda beynəlxalq simpozium - "Qardaşlıq rəngi"

📅 06.05.2025 19:58

Bakıda beynəlxalq simpozium - "Qardaşlıq rəngi"
Bakıda beynəlxalq “Qardaşlıq Rəngi” adlı çalıştay və simpozium keçiriləcək

MANERA.AZ xəbər verir ki, 8-12 may 2025-ci il tarixlərində Bakı şəhərində “Qardaşlıq Rəngi” adlı beynəlxalq çalıştay və simpozium təşkil olunacaq. Tədbir FEMİNART (Uluslararası Kadın Sanatçılar Derneği) və UASB Azərbaycan təmsilçiliyinin təşəbbüsü ilə baş tutacaq. Layihənin Azərbaycandakı kuratoru rəssam Nəvai Metin Məmmədoğludur.

Tədbir çərçivəsində Türkiyədən və Azərbaycandan sənətçilərin iştirakı ilə birgə rəsmlər çəkiləcək, fikir mübadiləsi aparılacaq və çalıştayın sonunda sərgi təşkil olunacaq.

Layihənin əsas məqsədi sənət vasitəsilə xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, mədəni dialoqun inkişafına dəstək verməkdir.


Baxış sayı - 309 | Yüklənmə tarixi: 06.05.2025 19:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930