manera.az
manera.az

Pakistan və Azərbaycan rəssamlarının birgə sərgisi - FOTOLAR

Pakistan və Azərbaycan rəssamlarının birgə sərgisi - FOTOLAR
Mayın 15-i “Sedet Art” rəsm qalereyasında Pakistan və Azərbaycan rəssamlarının birgə sərgisi keçirilib.

MANERA.AZ xəbər verir ki, “Dünyaya sevgi” adlanan sərgidə azərbaycanlı rəssamlar Nəvai Metinin, Validə Əsədin, pakistanlı rəssamlar Şafiq Faroqinin, Uzma Nazirin və artfotoların müəllifi Aydın Mehtiyevin əsərləri sənətsevərlərə təqdim olunub.

Sərgidə rəssamlarla bərabər bir çox sənət adamları və ictimaiyyət nümayəndələri də iştirak edib.

“Dünyaya sevgi” sərgisində Pakistanın Azərbaycandakı səfiri Bilal Haye də iştirak edib, rəssamların əsərləri ilə tanış olub, Azərbaycan və Pakistan arasında mədəni əlaqələrdən danışıb.

“Uluslararası Aktivist Sanatçılar Derneyi”nin Azərbaycan təmsilçisi Rəsm Komitəsi başqanı, ARİ-nin üzvü Nəvai Metin sərgi haqqında məlumat verərkən bildirib ki, UASD-nin dəstəyi ilə turist sənətçilərin sərgiləri təşkil olunur. Bu dəfə də pakistanlı rəssam Şafiq Faroqinin və Uzma Nazirin rəsm əsərlərinin sərgiləri keçirildi. O həm də bildirib ki, bu cür sərgilərin davamı olacaq.

Sərgidə rəssamlardan başqa sənətşünas Ziyadxan Əliyev, şairlər Ayaz Arabaçı, Rəbiqə Nazimqızı və digərləri iştirak edib.

Qeyd edək ki, daha çox natura janrında çəkilmiş tablolar sərgiyə baxanların diqqətini çəkib.

Pakistan və Azərbaycan rəssamlarının birgə sərgisi - FOTOLAR
Pakistan və Azərbaycan rəssamlarının birgə sərgisi - FOTOLARБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031