manera.az
manera.az

Şəhla Aslan: "Azərbaycan – Türkiyə Universiteti milli kimliyi qorumalıdır"

Şəhla Aslan: "Azərbaycan – Türkiyə Universiteti milli kimliyi qorumalıdır"

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində yeni bir dövr açan Azərbaycan – Türkiyə Universiteti böyük ümidlər və gözləntilərlə qarşılandı. Bu universitet hər iki ölkənin təhsil sferasını bir araya gətirərək, ortaq dəyərlər və mədəniyyətin yaşadılmasına böyük töhfə vermək məqsədilə yaradıldı. Ancaq Bayraqdar.info-ya açıqlama verən təhsil araşdırmaları üzə mütəxəssis, Türkiyənin Qazi Universitetinin doktorantı Şəhla Aslan qeyd edib ki, bu böyük layihə ilə bağlı bəzi vacib suallar hələ də cavabını tapmayıb və gözləntilər tam olaraq reallaşmayıb.

Şəhla Aslanın açıqlamasına əsasən, Universitetin fəaliyyəti və formatı hələ tam aydın deyil. Mediada paylaşılan məlumatlara görə, burada yalnız bir neçə mühəndislik ixtisası tədris olunacaq və bu, ali təhsil ocağının hazırkı fəaliyyətini məhdudlaşdırır. Halbuki gözlənilən, tamamilə yeni bir formatda, iki ölkə arasında həm təhsil, həm də mədəniyyət körpüsü rolunu oynayacaq genişmiqyaslı bir universitet idi.

Digər bir gözlənilməz məqam isə Universitetdə tədrisin yalnız ingilis dilində aparılması qərarıdır. Şəhla Aslan bu barədə bildirir ki, ingilis dilində tədris tələbələrin beynəlxalq səviyyədə rəqabət apara bilmələri üçün vacib olsa da, bu yanaşma milli dil və mədəniyyətin ikinci plana düşməsi təhlükəsi yaradır. Milli dilin qorunması, tələbələrin öz milli kimliyini itirməməsi üçün Universitetdə həm türk, həm də Azərbaycan dillərinə xüsusi diqqət yetirilməli idi.

“Türkiyə – Azərbaycan Universitetində tədrisin yalnız ingilis dilində aparılması da başqa bir gözlənilməz qərar oldu. Aydındır ki, bu yanaşma tələbələrin beynəlxalq səviyyədə rəqabət aparmaq üçün lazım olan dil və elmi bacarıqlarını inkişaf etdirməyə yönəldilmişdir. Yəni ingilis dili qlobal elmi tədqiqatların və texnologiyanın əsas dili olduğundan bu yanaşma tələbələrə qlobal elmi ədəbiyyata çıxış, beynəlxalq jurnallarda nəşr imkanları və beynəlxalq layihələrdə iştirak şansı yarada bilər. Lakin ingilis dilində tədris eyni zamanda bəzi çətinliklər də yaradacaq. Bu səbəbdən Universitetin tələbələrə ciddi şəkildə dil hazırlığı və dəstək proqramları təqdim etməsi vacibdir.”

Ş. Aslan, Azərbaycanın və Türkiyənin milli dəyərlərinin tədris prosesinə inteqrasiya edilməsinin vacibliyini vurğulayır. Onun fikrincə, bəzi ixtisaslar üzrə dərslər türk və ya Azərbaycan dillərində keçirilməli, milli tarix, ədəbiyyat və mədəniyyətlə bağlı xüsusi kurslar tədris proqramına daxil edilməlidir. Bu yanaşma tələbələrin həm beynəlxalq arenada uğur qazanmasını, həm də milli kimliyini qoruyub saxlamasını təmin edə bilər.

Ş. Aslan hesab edir ki, Türkiyə – Azərbaycan Universiteti həm ingilis dilində tədris vasitəsilə tələbələri qlobal rəqabətə hazırlamalı, həm də türk və Azərbaycan dillərində tədris və mədəniyyət dərslərini inteqrasiya etməlidir. Bu yanaşma tələbələrin həm beynəlxalq səviyyədə rəqabət apara bilmələrini, həm də milli dəyərləri qoruyub saxlamalarını təmin edəcək. Məsələn, bəzi ixtisaslar üzrə dərslərin türk və ya Azərbaycan dillərində keçirilməsi və milli tarix, ədəbiyyat və mədəniyyətlə bağlı xüsusi kursların tədris proqramına daxil edilməsi bu balansı təmin edə bilər.

Bundan əlavə, Ş. Aslanın açıqlamasında Universitetin tələbələrə milli mədəniyyəti praktik şəkildə öyrətməsi, onları milli bayramlar, ədəbiyyat festivalları və digər mədəniyyət tədbirləri ilə yaxından tanış etməsi təklif edilir. Belə fəaliyyətlər tələbələrin milli kimliyini gücləndirərək, Azərbaycanın və Türkiyənin mədəniyyətlərini yaşatmağı hədəfləyir.

Azərbaycan – Türkiyə Universiteti ilə bağlı hədəflər yüksəkdir və bu hədəflərin həyata keçməsi üçün müəyyən addımların atılması vacibdir. Şəhla Aslanın qeyd etdiyi kimi, milli dəyərlərin tədris prosesinə daxil edilməsi və mədəniyyətin qorunub saxlanması üçün ciddi səylər göstərilməlidir.

Manera.az olaraq Azərbaycanın və Türkiyənin ortaq dəyərlərini qoruyub saxlayacaq, gənc nəslin həm milli, həm də beynəlxalq arenada uğur qazanmasını təmin edəcək belə bir ali təhsil ocağının formalaşmasını dərin maraqla izləyirik.

Məhəmməd,
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031