manera.az
manera.az

Təhsil sistemində önəmli faktorlar – ADPU Quba şöbəsində müzakirə

Təhsil sistemində önəmli faktorlar – ADPU Quba şöbəsində müzakirə

Türkiyənin Yozqat Bozok Universitetinin Təhsil Fakültəsinin dekanı, Prof. Dr. Nezahat Güçlünün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrlə onlayn görüşü olub.

Görüş "Təhsil sistemləri və layihələrin idarə edilməsi" dərsi çərçivəsində "Təhsil sistemlərində idarəedicinin və müəllimin rolu" mövzusunun müzakirəsinə həsr edilib.

Filialdan Manera.az-a bildirilib ki, fənn müəllimi Şəhla Aslan İbişova vaxtaşırı seminar mövzularına uyğun olaraq Türkiyənin təhsil sahəsində çalışan alim və mütəxəssislərin tələbələrlə görüşünü təşkil edir.

Bu dəfəki görüşdə də, Azərbaycan- Türkiyə dostluq münasibətləri, təhsil əlaqələrindən bəhs edilmiş, daha sonra dərsin qonağı Prof. Dr. Nezahat Güçlü ona ünvanlanan sualları cavablandırmışdır.

Dərsdə təhsil müəsisələrində idarəçilik, liderlik, müasir təhsil sistemlərində müəllimə verilən tələblər və s. mövzularına dair elmi yanaşmalardan bəhs edilmişdir.

Onlayn keçən dərsdə tələbələr xüsusi fəallıq nümayiş etdirmişlər.

Sonda Şəhla Aslan İbişova dəvəti qəbul etdiyi üçün Prof. Dr. Nezahat Güçlüyə, yaradılan imkana görə filial rəhbərliyinə təşəkkür edib.

Məmmədli Məhəmməd,
Manera.az

Təhsil sistemində önəmli faktorlar – ADPU Quba şöbəsində müzakirə





Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728