manera.az
manera.az

Bakı Dövlət ilə Ankara Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

Bakı Dövlət ilə Ankara Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
Manera.az xəbər verir ki, Türkiyənin paytaxtı Ankara şəhərində Ankara Universiteti ilə Bakı Dövlət Universiteti (BDU) arasında Akademik Əməkdaşlıq Protokolu imzalanıb.

Protokolu BDU-nun rektoru Elçin Babayev və Ankara Universitetinin rektoru Necdet Ünüvar imzalayıb.

İmzalanma mərasimində Ankara Universitetinin rektoru Necdet Ünüvar protokolun əhəmiyyətindən bəhs edib, Azərbaycanın ən qədim və böyük universiteti olan BDU ilə əməkdaşlığın gələcəkdə daha yüksək formada inkişaf etdiriləcəyinə əminliyini bildirib.

BDU-nun rektoru Elçin Babayev hər bir sahədə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olduğunu bildirərək, BDU-nun qardaş ölkənin ali təhsil müəssisələri ilə elm və təhsil sahəsində sıx əməkdaşlıq etdiyini qeyd etmişdir. Türkiyənin ən qocaman universitetlərindən olan Ankara Universiteti ilə əməkdaşlığın hər iki universitet üçün səmərəli olacağına əminliyini ifadə edərək, gələcəkdə birgə layihələrin həyata keçirilməsi, akademik və elmi əməkdaşlığın perspektivlərindən bəhs edib.

İmzalanan protokolla universitetlər akademik və mədəniyyət sahələrində əməkdaşlıq etmək barədə razılığa gəliblər. Tərəflər təhsil və elm sahələrində birgə tədqiqatlar aparacaq, akademik heyətin və tələbələrin mübadiləsini həyata keçirəcək, qarşılıqlı maraq doğuran sahələrdə ortaq elmi konfranslar, seminar və mühazirələr və s. təşkil edəcəklər. Protokolda həmçinin təhsil, təlim və tədqiqat məqsədləri üçün təcrübə mübadiləsinin aparılması, müxtəlif elmi ədəbiyyatın, dövri və digər nəşrlərin mübadiləsinin həyata keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Ankara Universiteti əsası 1946-cı ildə qoyulub. Universitetin 19 fakültəsində 70 mindən çox tələbə təhsil alır. Tələbələrin təhsili ilə 3700 nəfərdən artıq akademik heyət məşğul olur.

Şəhla Aslan,
Ankara


Bakı Dövlət ilə Ankara Universiteti arasında əməkdaşlıq protokolu imzalanıbБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31