manera.az
manera.az

Qazi Universitetinin nümayəndəsi: “Azərbaycanda yeni ikili diplom proqramları həyata keçirəcəyik”

Qazi Universitetinin nümayəndəsi:  “Azərbaycanda yeni ikili diplom proqramları həyata keçirəcəyik”
"Xüsusi ilə son dövrlərdə Qazi Universiteti ilə Azərbaycan universitetləri arasında çox vacib əlaqələr yaradılmağa başladı. Azərbaycan Texniki Universiteti,Azərbaycan Tibb Universiteti və Mingəçevir Dövlət Universiteti kimi ali təhsil müəssisələri ilə müəllim-tələbə dəyişimi istiqamətində yeni protokollar imzaladıq”

Bu sözləri azedu.az-a açıqlamasında Türkiyənin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Qazi Universiteti rektorunun nümayəndəsi, professor Bekir Buluç qeyd edib.

Professor yeni ikili diplom proqramlarının həyata keçirilməsinin planlaşdırıldığını açıqlayıb:

“Hazırda gələcək fəaliyyətlərlə bağlı planlama mərhələsindəyik. İnşallah irəli dövrlərdə ikili diplom proqramları ilə bağlı da araşdırmalara başlamağı düşünürük. Hazırda əməkdaşlarımız bu mövzu üzərində ciddi çalışır. Ən qısa zamanda bu proqramın tətbiqinə başalayacağıq Təhsil sahəsində bundan sonra da vacib əməkdaşlıqlar qurmağı planlaşdırırıq. Çünki biz iki qardaş ölkəyik, qardaş xalqıq. Buna görə də hər zaman bir-birimizin yanında olmalıyıq”

Son olaraq o, - “Biz də Türkiyə olaraq, Qazi Universiteti olaraq təhsil sahəsində əlimizdən nə gəlirsə etməyə, hər növ əməkdaşlıq və ortaq əlaqələrə açığıq”- deyə qeyd edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031