manera.az
manera.az

Azərbaycanla Türkiyə təhsil sahəsində əməkdaşlıq protokolu imzalayıb

📅 23.05.2021 11:07

Azərbaycanla Türkiyə təhsil sahəsində əməkdaşlıq protokolu imzalayıb
Təhsil naziri Emin Əmrullayev Türkiyədə Maarif Fondunun rəhbəri Birol Akgünlə görüşüb.

Manera.az-ın məlumatına görə, görüşdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Maarif Fondunun rəsmiləri iştirak edib.

Görüş zamanı Təhsil Nazirliyi ilə Maarif Fondu arasında əməkdaşlıq protokolu imzalanıb.

Protokol iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və təşviqini nəzərdə tutur.

Qeyd edək ki, Türkiyə Maarif Fondunun tərkibinə 67 ölkədə fəaliyyət göstər 357 tədris müəssisəsi və 1 universitet daxildir.


Baxış sayı - 1 082 | Yüklənmə tarixi: 23.05.2021 11:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930