manera.az
manera.az

İki ölkənin “təhsil köprüsü”ndə kadrlar yanlış seçilərsə... - ŞƏRH

İki ölkənin “təhsil köprüsü”ndə kadrlar yanlış seçilərsə... - ŞƏRH

“Türkiyə və Azərbaycan arasında yeni bir elm və təhsil əməkdaşlığının simvolu olaraq yaradılan Türkiyə-Azərbaycan Universiteti, iki ölkənin strateji ortaqlığının və qardaşlığının bir göstəricisidir”.

Bu sözləri Manera.az-a açıqlamasında Türkiyənin Qazi Universitetinin “Təhsilin idarə olunması” üzrə doktorantı, Prezident təqaüdçüsü Şəhla Aslan deyib.

O, açılacaq yeni universitetin Türkiyənin ali təhsil sistemindəki təcrübəsini, xüsusən də təhsil, səhiyyə, mühəndislik və informatika sahələrindəki nailiyyətlərini Azərbaycana gətirəcəyini, burada YÖK (red.: Türkiyənin Yüksek Öğretim Kurulu) tərəfindən müəyyən ediləcək köklü Türk universitetlərinin təhsil proqramları həyata keçiriləcəyini bildirib.

Təhsil araşdırmaçısı bu təhsil ocağının iki ölkənin elm və təhsil sahəsindəki əməkdaşlığını yeni bir səviyyəyə qaldıracağnı, universitetin fəaliyyətində keyfiyyətli insan gücü yetişdirilməsi və hər iki ölkənin elmi araşdırma imkanlarının bir araya gətirilməsi hədəflənərsə, bu iki ölkənin elm və təhsilinin inkişafına böyük töhfə olacağını, iki ölkə arasında yeni bir təhsil köprüsü olaraq önəmli bir rol oynayacağını deyib.

“Bu universitet Türkiyə və Azərbaycanın qardaşlıq və dostluq münasibətlərini daha da möhkəmləndirəcək və iki ölkənin mədəni və siyasi birliyinin təmsilçisi olacaq, iki ölkənin ortaq tarixi, dili, dini və kültürünü yaşatmaq və nəslərə ötürmək rolunu da oynayacaq, iki ölkənin birlik və bərabərlik mesajını dünyaya yayacaq.” – deyə o sözlərinə əlavə edib.

Şəhla Aslan bütün bunların uğurlu kadrlarla edilə biləcəyini xüsusi vurğulayıb: “Universitetin fəaliyyətinin uğurlu olması, hədəflərin uğurla nəticələnə bilməsi təhsil sahəsində ixtisaslaşmış kadrlara bağlıdır. Kadrlar yanlış seçilərsə, Türkiyə-Azərbaycan Universiteti də sıradan təhsil müəssisəsi olacaq.

Sonda qeyd edək ki, Türkiyə - Azərbaycan Univerisitetinin yaradılmasıyla bağlı bu gün Ankarada Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.


Məhəmməd,
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031