Qədir Rüstəmovun 80 illiyinə həsr olunmuş konsert MANERA.AZ
![]()
Dekabrın 15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli xanəndə, Xalq Artisti Qədir Rüstəmovun 80 illiyinə həsr olunmuş yubiley konserti keçiriləcək.
Konsertdə Qədir Rüstəmovun həyat yolundan və Azərbaycan ifaçılıq sənətinin inkişafına verdiyi dəyərli töhfələrdən söz açılacaq. Gecədə xanəndənin repertuarından olan mahnılar səsləndiriləcək.
Qeyd edək ki, Q.Rüstəmov 1935-ci il noyabrın 29-da Ağdam rayonunda anadan olub. Unudulmuş xalq mahnılarımızdan bir çoxu məhz, sənətkarın ifası ilə yenidən həyat qazanıb. Onun son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Ay dili-dili”, “Sarı gəlin” və neçə-neçə digər mahnılar hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadıb. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun qızıl fondunda saxlanılır.
Qədir Rüstəmov 2011-ci il dekabrın 13-də vəfat edərək ikinci Fəxri xiyabanda dəfn olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.