manera.az
manera.az

Süleyman Sani Axundovun 140 illiyinə həsr olunmuş tədbir MANERA.AZ

📅 22.10.2015 10:50

Süleyman Sani Axundovun 140 illiyinə həsr olunmuş tədbir MANERA.AZ
Görkəmli yazıçı Süleyman Sani Axundovun anadan olmasının 140 illiyinə həsr olunmuş tədbirdə ədibin həyat və yaradıcılığından geniş söz açılıb.

Oktyabrın 21-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasında təşkil olunan tədbirdə iştirakçılar əvvəlcə yazıçı haqqında hazırlanmış videoslayda baxıblar.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qafqazlı Süleyman Sani Axundovun çoxcəhətli yaradıcılığından danışıb. Bildirib ki, ədibin yazdığı “Qan bulağı”, “Ümid çırağı”, “Cəhalət qurbanı”, “Nə üçün”, “Təbrik”, “Sona xala”, “Namus” və digər hekayələri Azərbaycan nəsrinin qiymətli nümunələrindəndir.

Əlyzmalar İnstitutunun elmi işçisi Könül Nəhmətova ədibin “Qaraca qız” hekayəsi, onun əsasında çəkilmiş film barədə məlumat verib.

Tədbirdə R.Babayev adına 25 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinin ifasında ədibin əsərlərində ibarət ədəbi-bədii kompozisiya nümayiş edilib.


Baxış sayı - 2 904 | Yüklənmə tarixi: 22.10.2015 10:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031