manera.az
manera.az

Xalq Artisti Əlibaba Məmmədovdan fonoalbom | MANERA.AZ

📅 08.07.2015 13:48

Xalq Artisti Əlibaba Məmmədovdan  fonoalbom | MANERA.AZ
manera.a
Azərbaycanın Xalq Artisti, muğam ustası, bəstəkar-xanəndə Əlibaba Məmmədov Dövlət Səs Yazıları Arxivinə çox maraqlı və dəyərli bir fonoalbom təqdim edib.

Milli Arxiv İdarəsindən Azərtaca-a bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilən albom 3 kitab, 4 diskdən və onların yerləşdirilməsi üçün xüsusi zövqlə hazırlanmış qutudan ibarətdir.

Birinci kitab “Ürək deyir yaşa hələ” adlanır. Kitabda ustad xanəndənin yaradıcılığından və xüsusən də onun ictimaiyyətə o qədər də məlum olmayan bəstəkarlıq fəaliyyətindən söhbət açılır. Kitabın “Bəstəkar-xanəndə” adlanan əsas hissəsində muğam ustadının bəstələdiyi mahnı və təsnifləri, özü, bəstələri və digər görkəmli sənətkarlar barədə geniş məlumat verilir.

Ustad sənətkarın ikinci kitabı öz yaradıcılığının bəhrəsi olan “Təsniflər”, üçüncü kitabı isə “Mahnılar” adlanır. Həmin kitabların birinə onun təsniflərinin not yazısı, digərinə isə mahnılarının not yazısı, mətni və sözlərinin müəllifi daxil edilib.

Ümumiyyətlə, bu kitablarda bəstəkar-xanəndə, mahir muğam bilicisi və ifaçısı Əlibaba Məmmədovun yaratdığı 30 təsnif və 57 mahnı toplanıb.

Sənətkarın bu dəyərli hədiyyəsi dövlət mühafizəsinə qəbul olunub və arxivin “Qızıl fondu”na daxil edilib.


Baxış sayı - 1 922 | Yüklənmə tarixi: 08.07.2015 13:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031