manera.az
manera.az

Kann və Rotterdam kinofestivallarının azərbaycanlı aktyoru

Kann və Rotterdam kinofestivallarının  azərbaycanlı aktyoru
"Etiraf edim ki, kinoya sevgim bam-başqadır...
Burda hər şey möcüzəli bir nağıl kimidi sanki...


Böyük ekranda mimikaların, baxışların, jestlərin iri planda verilməsindən tutmuş hər şeyə qədər... Bu məhəbbətimizi aktyor Rasim Cəfərlə bu gün tam bölürük... Azərbaycan kinosundan danışırıq...

Onun dünyəvi əhəmiyyəti olan, festivallara qatılan filmlərindən ki, orda mütləq bu aktyorun da öz imzası var. Hiss edirəm ki, söhbətimizdə bir pərakəndəlik var... Gah teatrdakı rolları müzakirəyə keçirik, gah obrazların maraq dairəsini müzakirə edirik, amma sonda yenə əsas hədəfimiz kino olur.

Rasim Cəfər uzun müddətdir ki, müxtəlif filmlərə çəkilir ( Arzuların ardınca... (film, 2015), Əli və Nino (film, 2015), Ayaqqabı əməliyyatı (film, 2016), Xeyirlə şərin rəqsi (film, 2016), Qara bağ (film, 2016), Əlvida, Şmidt! (film, 2019), Kuklalar (film, 2009), Ev (film, 2007) və s. O, nəinki Azərbaycanda, Rusiyada, Almaniyada da. İştirak etdiyi festivallardan da ağızdolusu danışır, çünki yaxşı başa düşür ki, əslində onun hər növbəti uğuru Azərbaycanın adına yazılır.

Rasım Cəfər məhz o aktyorlardandır ki, obraz naminə hər şeyə hazırdır, təki onu bütün çılpaqlığı ilə tamaşaçıya çatdırmağa nail olsun. Onun bəlkə də həyatda siması o qədər də diqqəti cəlb etmir, amma böyük ekranda izlənildiyi zaman professional üslub, özünəməxsus dəst xətt diqqətdən yayınmır.

Rasım Cəfərin kinoda yaratdığı obrazlar bir birinə bənzəmir. Baxın, bu çox maraqlı məqamdır. Çünki aktyor, obrazın öncə bütün daxili incəliklərinə varır onu özününküləşdirir, daha sonra bizə təqdim edir. Qısası, hər obraz fərdiliyi ilə seçilir.

Diqqətinizə çatdırım ki, aktyorun filmlərində erotik elementlər də var ki, bu da film naminə labüddürsə, ondan imtina etmir. Əlbəttə bu da tamaşaçı tərəfindən birmənalı qarşılanmaya bilər. Amma söhbət yaradıcılıqdan gedirsə, məncə bu addımı da düzgün qiymətləndirmək olar... Hazırda aktyorla görüşümüzün əsas məqsədi İTV nin sifarişi ilə ssenarisi və rejissoru Hikmət Rəhimova aid olan "Çılpaq" filmi ilə bağlıdır.

Aktyorun dedikləri : "Kinoya sevgim bam başqadır. Kino ilə paralel teatrda da çalışıram və son tamaşamız Nicat Kazımovun quruluşunda "Qağayı" tamaşası oldu. Kinoya gəldikdə isə müntəzəm çəkilirəm və bu filmlərlə müxtəlif festivallarda millətimi təmsil edirəm. Düşünürəm ki, bu geniş vüsət almalıdır - dünya kinosuna Azərbaycan öz töhfələrini verməlidir. Azərbaycan kinosu inkişaf edir, çətinliklə də olsa yeni yeni filmlər yaranır və bu həmişə belə olacaq.

Hazırda İctimai televiziyanın sifarişi ilə yeni "Çılpaq" adlı film meydana gəlir. Ssenari və rejisura Hikmət Rəhimova aiddi. Filmdə hadisələr, ən çox qəbirstanlıqda baş verir. Düşünürəm ki, mövzu aktualdır. Mənim obrazım da çox maraqlıdı və mahiyyət baxımından mənim üçün də fərqli bir obrazdır. Hikmət Rəhimovu tamaşaçı bu dəfə rejissor kimi də tanıyacaq. Ümid edirəm ki, film bəyəniləcək, ən azından biz buna çalışırıq...

Ailəmizdə də yaradıcılıq abu havası hökm sürür. Yoldaşım da ssenarilər yazır və bu sahəni çox gözəl bilir. Məncə ailədə yaradıcı adamların bir birini tamamlaması da maraqlıdır. Bu mənada mənim bəxtim gətirib." Söhbətimizin əvvəlində dedim axı, onunla danışa- danışa bir pərakəndəlik hiss edirəm...

Yadıma Azərbaycan televiziyasında, Ayaz Salayevlə etdiyim müsahibədən epizodlar düşür... O da kinonu sevə sevə danışır və danışdıqca kino sevgimiz, baxışlarımızın qığılcımları ilə toqquşur.. Azərbaycan kinosundan, dünya kinosuna keçirik... Beləcə bitib tükənməyən bir kino möcüzəsinə yol alırıq... Yadıma, aktyorun teatrdakı Dorn obrazı düşür... Aktyor səhnədə də fərdiliyi ilə seçilir...

Obrazını tədricən sevdirməyə nail olur... Və tamaşaya bu obraz xüsusi bir rəng qatır. Demək ki, fərq etməz ekran ya səhnə əsl aktyor üçün məhdudiyyət yoxdur... P.S Ayrılırıq... Eviniz şəhərə yaxındı? - soruşuram... Öz evim yoxdu deyir, kirayə qalıram... O gülümsəyir... Mən isə nədənsə, bir neçə evi ola ola, dövlətdən ev uman insanları xatırlayıram.. Eviniz çox ola bilər, amma o evlərin içində bir ovuc xoşbəxtliyiniz varmı? Hərdən düşünmənizdə fayda var...

Təranə FeyzullayevaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031