manera.az
manera.az

Azərbaycan kinosunda Qarabağ mövzusu

Azərbaycan kinosunda Qarabağ mövzusu
Azərbaycan kino tariximizin yaddaşına daha bir mövzu daxil oldu. Qarabağın qanla yazılan tarixi…

O tarix ki, uğrunda oğullarımız şəhadət zirvəsinə ucaldı. Əlbəttə ki, hər dövrün tarixi təkcə tarixçilər tərəfindən deyil, eyni zamanda incəsənətdə, mədəniyyətdə öz əksini tapır və daha təsirli şəkildə tamaşaçıların ixtiyarına verilir. Eyni zamanda məhz bədii təsir gücünə malik belə tarixi nümunələr həqiqəti yaymaqla, Azərbaycan insanının məruz qaldığı düşmən hiyləsinin, təcavüzünün pik həddə çatdığını açıq-aydın göstərərək, bütün dünyaya car çəkir. Məhz bu mənada sənətin gücü əvəzolunmazdır.

Yaxşı bilirik ki, Qarabağ mövzusu Azərbaycan kinosunda yetərincə işıqlandırılıb. Bu janra hər bir rejissor öz görmə bucağından boylanaraq, nəticədə maraqlı filmlər yarada bilib.

Amma mən bu gün üç film üzərində dayanmaq istəyirəm ki, bunların əhəmiyyəti, təsir gücü, süjet xətti mənə daha yaxındır. Bu filmlər : rejissor Elxan Cəfərovun “Dolu”, Ənvər Əblucun “Ağ atlı oğlan”, Ceyhun Mirzəyevin “Fəryad” filmləridir.
Azərbaycan kinosunda Qarabağ mövzusu
Ən əvvəl qeyd edim ki, Elxan Cəfərovun bir rejissor kimi özünəməxsus dəst xətti var. Və hər növbəti filmdə bu öz təsdiqini tapır. “Dolu” filminin istər süjet xəttinin quruluşunda, istər aktyor ansamblının yerli yerində seçilməsində, rejissorun qırmızı xəttlə çatdırmaq istədiyi əsas ideyanın tamaşaçıya ötürülməsində hər şey ölçülü-biçili halda ekrana gəlir və nəticə etibarilə tamaşaçı qazanır.

Qarabağ mövzusu ağrılı-acılı mövzu olmaqla həm də müasir tarixi yaddaşımızdır və rejissor bunu yaxşı dərk edərək, yola çıxır… Filmin emosional təsiri cox güclüdür, milli kalorit də öz yerində… Aktyorların oyunu, o qədər inandırıcı və təbiidir ki, insan biganə qala bilmir, bu axarın arxasınca gedir…

Və nəhayət, filmin final səhnəsi… Yuxarıda qeyd etdiyim kimi ölənlər yox, şəhadət zirvəsinə ucalanların iri planda ekranda görünməsi… Bu səhnəyə hər dəfə baxanda insanın az qala qanı donur… Bu da rejissorun danılmaz uğurudur.
Azərbaycan kinosunda Qarabağ mövzusu
Qarabağa həsr olunan növbəti film isə Ənvər Əblucun “Ağ atlı oğlan” filmidir. Ənvər Əbluc bir rejissor kimi azərbaycan kinosuna maraqlı töhfələr vermişdir. Növbəti filmi isə məhz Qarabağa həsr olunmuşdur… Bəlkə də ilk baxışdan film sentimental təsir bağışlaya bilər, amma tədricən hadisələrə vardıqca, filmin sosial mesajının dərinliyini anlayaraq, rejissorun çatdırmaq istədiyi ali ideyanı yaxşı dərk edirsən… Nənəsinin nağıllarına uyan 13 yaşlı Murad, Qarabağ döyüşlərində iştirak etməyə müvəffəq olur… Bu azyaşlı uşağın keçirdiyi mənəvi, psixoloji sarsıntılar tamaşaçıdan da yan keçmir. Əslində yaşı az olsa da böyük ürəyə malik olan bu uşaq, böyüyən Azərbaycan əsgərinin əsl simasını nümayiş etdirir. Bəli Murad obrazı mərd, cəsarətli, rəşadətli Azərbaycan əsgərinin gələcək simasıdır!

Növbəti film isə Ceyhun Mirzəyevin çəkdiyi Qarabağ mövzusuna həsr olunan “Fəryad” filmidir.
Azərbaycan kinosunda Qarabağ mövzusu
Ceyhun Mirzəyevin məncə xüsusi təqdimata ehtiyacı yoxdur. Tamaşaçılar onu “Ögey ana” filmindən yaxşı tanıyır. Bu dəfə balaca, cəsur İsmayıl böyüyür, Qarabağ döyüşlərində iştirak edir və düşmənə əsir düşür. Əsl süjet xətti də elə burdan başlayır… İsmayıl yaralıdır, yatağa məhkumdur, lakin içindəki düşmənə nifrət bir an da səngimir…

Düşmən onun fiziki gücsüzlüyündən istifadə edərək hər təhqirə əl atır, lakin qarşısındakının mənəvi gücünün də fərqindədir… İsmayıl yanğın törətməklə, düşmənə ziyan vurmaq istəsə də, körpə uşağın qorxaraq ağladığını gördükdə, fikrindən vaz keçir. Günahsız uşaq ölümünə səbəb olmaq istəmir. Budur bizi düşməndən fərqləndirən ən böyük cəsarət, insanlıq!

Həm rejissor, həm aktyor olaraq Ceyhun Mirzəyev, əslində böyük sosial mesajlı filmin yaranmasına müvəffəq olsa da, eyni zamanda səmimi, insani ştrixlərlə zəngin, ürəklərə xitab edəcək bir layihəyə öz imzasını atmışdır. Düşmən, nə qədər azğınlaşsa da biz qarşı tərəf olaraq ali dəyərlərimizə, insanlığımıza sadiq qalmaqdan vaz keçmirik və bunu bütün dünyaya çatdırmağa çalışırıq ki, kino bu vasitələrdən biridir.

Azərbaycan kinosunun ən ali mövzusu- “Qələbə” mövzusu olacaq. Rəşadətli Azərbaycan əsgərinin, ali baş komandanın sayəsində qazanılan qələbə incəsənətimizdə, mədəniyyətimizdə öz geniş əksini tapacaq. Şəhidlik zirvəsinə ucalan hər bir Azərbaycan oğlumuz isə bütöv Azərbaycan yaşadıqca, əbədi yaşayacaq !

Təranə FeyzullayevaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031