manera.az
manera.az

Tolerantlıq Günü ilə bağlı tədbir | MANERA.AZ

Tolerantlıq Günü ilə bağlı tədbir | MANERA.AZ

MANERA.AZ xəbər verir ki, Bakı Slavyan Universitetində Beynəlxalq Tolerantlıq Gününə həsr edilmiş silsilə tədbirlər davam edir. Bununla əlaqədar BSU-nun professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən dəyirmi masada BSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Aygül Hacıyeva günün əhəmiyyətindən danışıb. Bildirilib ki, 1995-ci ildə UNESCO tərəfindən qəbul edilən “Tolerantlıq prinsipləri Bəyannaməsi”nə əsasən 16 noyabr Beynəlxalq Tolerantlıq Günü elan edilmişdir. Azərbaycanda tarix boyu hökm sürən multikultural dəyərlər və tolerant mühitdən söz açan Aygül Hacıyeva Ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun davamçısı İlham Əliyevin bu sahədəki xidmətlərini diqqətə çatdırıb.

Tədbirdə BSU-nun Müasir Azərbaycan dili kafedrasının dosenti Şəkər Orucova multikulturalizm və tolerantlıq anlayışlarının mahiyyətini qeyd edib. Onun sözlərinə görə, multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü olan siyasətdir. Multikulturalizmin əsasını tolerantlıq, qanunlara, bir-birinin azadlığına hörmət hissi təşkil edir.

Elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov, BSU-nun tədris şöbəsinin müdiri Məmmədtağı Rzayev və Multikulturalizm kafedrasının dosenti Rauf Hacı çıxışlarında multikultural, tolerant və humanist dəyərlərin Ümummilli lider Heydər Əliyev siyasətinin əsasında durduğunu vurğulayıblar. Natiqlər bildiriblər ki, ulu öndərin bu siyasəti XX əsrin 90-cı illərində Azərbaycanı nəyinki vətəndaş müharibəsindən xilas etdi, hətta Azərbaycanın multikultural dəyərlərini bir model olaraq formalaşdırdı. Hazırda Azərbaycanda 30-dan artıq azsaylı xalq, etnik qrup və milli azlıq yaşasa da, onların çoxu respublikamızın qanunları çərçivəsində onlarçün yaradılmış azadlıqlardan bəhrələnməklə öz din, dil və mədəniyyətlərini inkişaf etdirirlər.
Tolerantlıq Günü ilə bağlı tədbir | MANERA.AZ
Tolerantlıq Günü ilə bağlı keçirilən tədbirlərin davamı olaraq Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Əsgər Əhməd tələbələrə mühazirə oxuyub. Dosent Azərbaycanda bütpərəstlik, zərdüşrlüklə bərabər səmavi dinlər olan xristianlıq, yəhudilik və islamın formalaşması, onların qarşılıqlı əlaqələrindən söhbət açıb. Dövlət səviyyəsində digər dinlərin daşıyıcılarına göstərilən diqqət və qayğıdan danışıb.

Sonda BSU tələbələrinin tolerantlıq və multikulturalizmlə bağlı sualları cavablandırılıb.

Aytəkin Qardaşova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930