manera.az
manera.az

BSU-da elmi-praktiki konfrans | MANERA.AZ

BSU-da elmi-praktiki konfrans | MANERA.AZ

Azərbaycan Respublikası Konstitusiyasının 20 illiyinə həsr edilmiş konfrans keçirilib.

MANERA.AZ xəbər verir ki, Noyabrın 10-da Bakı Salvyan Universitetində (BSU) Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 20 illiyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Bakı Slavyan Univeresiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə baş tutan konfransda BSU-nun rektoru, professor Asif Hacıyev Konstitusiya Günü münasibəti ilə iştirakçıları təbrik edib, bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bu tarixi missiyanı Ümummilli lider Heydər Əliyev yerinə yetirdi. Onun rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlandı və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olundu. Rektor Milli Konstitusiyanın qəbul olunmasını Azərbaycanın müstəqillik tarixində böyük hadisələrdən biri adlandırıb.

Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova, Aparatın rəhbəri Şahin Rüstəmov və Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Nigar Dünyamalıyeva çıxışlarında Konstitusiyada mövcud olan insan hüquqları, Konstitusiya Məhkəməsinin iş prinsipləri, habelə Azərbaycanın hüquq sistemində konstitusiya dəyərlərinin rolundan söz açıblar.

Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev çıxışında təmsil etdiyi qurumun Konstitusiyanın 20 illiyi ilə əlaqədar həyata keçirdiyi layihə və tədbirlərindən söz açıb. İ.Vəliyev multikultural dəyərlər və Azərbaycanda hökm sürən tolerant mühitdən danışıb. Bakı Slavyan Universitetinin Azərbaycanda multikulturalizmin inkişafı və tədrisindəki rolunu vurğulayıb.

Konfransda BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Əsgər Əhməd, Diplomatiya kafedrasının müəllimi Reyhan Cəfərova və magistrant Pərviz Ağaxanlının məruzləri dinlənilib.

Aytəkin Qardaşova
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1234
567891011
12131415161718
19202122232425
26272829