manera.az
manera.az

Tolerantlıq ənənələrini dünyaya tanıtmaq... | MANERA.AZ

Tolerantlıq ənənələrini dünyaya tanıtmaq... | MANERA.AZ

Iyunun 22-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Almaniya Federativ Respublikası parlamenti-Bundestaq Xristian Demokratlar İttifaqı fraksiyasının üzvü Mark Hauptmanın rəhbərliyi ilə Azərbaycanda səfərdə olan bir qrup parlament üzvləri ilə görüşüb. Görüşdə Almaniyanın Türingen vilayət parlamentinin sədri Kristian Karius, vilayət parlamentində fraksiyanın iqtisadi məsələlər üzrə sözçüsü Mario Foqt, enerji məsələləri üzrə sözçüsü Ştefan Qruhner, təhsil məsələləri üzrə sözçüsü Kristian Tişner, turizm məsələləri üzrə sözçüsü Andreas Bül, inteqrasiya və miqrasiya məsələləri üzrə sözçü Kristian Herqot və kənd təsərrüfatı üzrə sözçü Markus Malş iştirak edib.

Beynəlxalq Muktikulturalizm Mərkəzinin Mətbuat xidmətindən manera.az-a verilən məlumata görə, görüşdə Dövlət müşaviri almaniyalı parlamentarilərə Azərbaycan dövlətinin multikulturalizm siyasəti barədə məlumat verib, ölkəmizdə bütün etnik qruplar və müxtəlif dinlərə mənsub olan insanların sülh içində yaşadıqlarını, Azərbaycanda məscidlərlə yanaşı çoxlu sayda kilsələrin və sinaqoqların normal fəaliyyət göstərdiyini bildirib və əlavə edib ki, Azərbaycanda dini və milli zəmində ayrı seçkilyin izi belə yoxdur.

Akademik Kamal Abdullayev görüşdə alman tarixçisi və şərqşünası Fridrix Henri fon Ditsin 200 il əvvəl “Kitabi Dədə Qorqud”un “Basatın Təpəgözü öldürməsi” boyunu alman dilinə tərcümə edərək çap etməsini və beləliklə də dastanın dünya mədəniyyətinə tanıtmasını xüsusilə qeyd edib. Akademik əlavə edib ki, olkə prezidenti İlham Əliyevin bu səbəblə ilboyu müxtəlif tədbirlərin keçirilməsi məqsədilə ayrica sərancam imzalayıb. Görüşdə Dövlət müşaviri Avropada tez-tez baş verən terror aktlarının İslam dini ilə əlaqələndirilməsindən narahatlıq keçirdiklərini də dilə gətirib, bunun yolverilməz olduğunu bir daha bəyan edib.

Görüşdə Mərkəzin icraçı direktoru Azad Məmmədov qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələri barədə məlumat verib. İcraçı direktor Mərkəzin yaranmasının əsas məqsədlərindən biri kimi Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin dünyaya tanıtmaq olduğunu qeyd edib. Bu məqsədlə Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələr barədə söhbət açan Azad Məmmədov “Azərbaycan multikulturalizmi” fənninin 7 xarici ölkə universitetlərdə tədrisi barədə qonaqlara ətraflı məlumat verib və bu universitetlərin sırasına növbəti semestrdən bir sıra Avropa universitetlərin, o cümlədən, Almaniyanın Ausburq universitetinin də daxil olacağını vurğulayıb.

Qonaqlar öz növbələrində Azərbaycana ilk dəfə gəldiklərini, səfərlərinin “Bakı 2015: I Avropa Oyunları” ərəfəsində baş tutduğu üçün çox şanslı olduqlarını və paytaxt Bakının əsrarəngiz gözəlliyinin şahidi olduqlarını bildiriblər.

Müzakirələrdə parlament üzvləri Almaniyada və avropadakı multikultural durumdan və mövcud problemlərdən də bəhs ediblər.

Sonda Almaniyalı parlamentarilərlə xatirə şəkili çəkilib.

Tolerantlıq ənənələrini dünyaya tanıtmaq... | MANERA.AZ
Tolerantlıq ənənələrini dünyaya tanıtmaq... | MANERA.AZ
Tolerantlıq ənənələrini dünyaya tanıtmaq... | MANERA.AZ
Tolerantlıq ənənələrini dünyaya tanıtmaq... | MANERA.AZ
Tolerantlıq ənənələrini dünyaya tanıtmaq... | MANERA.AZ
Tolerantlıq ənənələrini dünyaya tanıtmaq... | MANERA.AZ
Tolerantlıq ənənələrini dünyaya tanıtmaq... | MANERA.AZ
Tolerantlıq ənənələrini dünyaya tanıtmaq... | MANERA.AZ
Tolerantlıq ənənələrini dünyaya tanıtmaq... | MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31