manera.az
manera.az

Tolerantlıq Günü ilə əlaqədar silsilə tədbirlər | MANERA.AZ


Tolerantlıq Günü ilə əlaqədar silsilə tədbirlər  | MANERA.AZ

Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Noyabrın 13-də Bakı Slavyan Universitetində (BSU) 16 Noyabr Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub

MANEERA.AZ xəbər verir ki, Universitetin Məktəb-Lisey Kompleksində (MLK) analoji mövzuda dəyirmi masa keçirilib. MLK direktoru İlahə Carçıyeva Beynəlxalq Tolerantlıq Gününün tarixi və mahiyyətindən söz açıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Analitik şöbəsinin aparıcı məsləhətçisi Vidadi Rzayev, Mərkəzin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli və BSU-nun Multikulturalizm kafedrasının dosenti Hacı Rauf çıxışlarında müxtəlif ölkələrin cəmiyyətləri arasında mövcud tolerant münasibətlər, habelə multikultural dəyərlərin inkişafından danışıblar.

***
Tolerantlıq Günü ilə əlaqədar silsilə tədbirlər  | MANERA.AZ
Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə BSU-da “Bizim müxtəlifliyimiz bizim gücümüz və zənginliyimizdir” mövzusunda elmi seminar keçirilib.

Seminarda BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov gənclər arasında azərbaycançılıq məfkurəsi, milli tolerantlıq, o cümlədən multikulturalizmin təbliğinin vacibliyini qeyd edib. Bildirilib ki, gənclərin bu istiqamətdə maarifləndirilməsi istiqamətində Bakı Slavyan Universiteti silsilə tədbirlər həyata keçirir, Azərbaycanşünaslığın tədrisinə mühüm önəm verir. Milli dəyərlərin gənclərə öyrədilməsinin əhəmiyyətindən söz açan T. Cəfərov tolerantlıq mühitinin inkişafında gənclərə böyük rol düşdüyünü vurğulayıb.
Tolerantlıq Günü ilə əlaqədar silsilə tədbirlər  | MANERA.AZ
BSU-nun Avropaşünaslıq kafedrasının müdiri, dosent Sevda Axundova Beynəlxalq Tolerantlıq Günü barədə dinləyicilərə məlumat verib. Dosent qeyd edib ki, 1995-ci ildə UNESCO tərəfindən “Tolerantlıq prinsipləri Bəyannaməsi” qəbul olunmuş və 16 noyabr Beynəlxalq Tolerantlıq Günü elan edilmişdir. Onun sözlərinə görə, tolerantlıq müxtəlif dünya mədəniyyətlərinə, mövcud din və irqlərə hörmət edilməsini, onların qəbul olunmasını və düzgün anlaşılmasını ifadə edir.
Tərbiyə işləri üzrə prorektor, dosent Aygül Hacıyeva Azərbaycan xalqının tarix boyu mövcud tolerantlıq ənənəsindən danışıb, bu kimi maaarifləndirici seminarların gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Seminarda Azərbaycanda tolerantlığın formalaşmasında Ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun davamçısı İlham Əliyevin əvəzsiz xidmətlərindən danışılıb. BSU tələbələrinin müxtəlif dillərdə hazırladıqları tolerantlıqla bağlı məruzələri dinlənilib, “Tolerantlığa elmi yanaşma: tarix və ontologiya” mövzusunda video çarx nümayiş olunub.

Aytəkin


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930