manera.az
manera.az

Türk dünyası şairləri Xivəyə toplaşır

📅 11.10.2021 07:48

Türk dünyası şairləri Xivəyə toplaşır
Böyük türk şairi Yunus Əmrənin vəfatının 700 iliyinə həsr edilmiş Şairlər Şöləni keçiriləcək.

Manera.az xəbər verir ki, TÜRKSOY-un təşkilatçılığı, TİKA və Özbəkistanın Xarəzm vilayəti İcra Hakimiyyətinin dəstəyi ilə düzənlənən şölən 12-15 oktyabr aralığında Özbəkistanın Xivə şəhərində baş tutacaq.

Tədbirə Özbəkistanla yanaşı, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və bir sıra türk topluluqlarının şairləri, ədəbiyyatşünasları qatılacaq.

Sözügedən şöləndə Azərbaycanı Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı və Dünya Gənc Türk Yazarlar Birliyinin başqan yardımçısı, “Ulduz” ədəbiyyat dərgisinin şöbə redaktoru, şair Taleh Mansur təmsil edəcək.

Türk dünyası şairləri Xivəyə toplaşır


Baxış sayı - 578 | Yüklənmə tarixi: 11.10.2021 07:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930