manera.az
manera.az

IV Türk dünyasının ənənəvi uşaq oyunları festivalı

IV Türk dünyasının ənənəvi uşaq oyunları festivalı
“2016 Avropa gənclər paytaxtı” elan edilmiş Gəncə şəhərində 01-05 noyabr 2017-ci il tarixlərində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Nazirliyin Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzi, Bakı Yunus Emre İnistitutu, Türkiyə Cümhuriyyəti Gəncə Başkonsulluğu və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə “IV Türk dünyasının ənənəvi uşaq oyunları” adlı festival keçiriləcək.

Mərkəzdən MANERA.AZ-a verilən məlumata görə, festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, İraq Respublikalarından 12 yaşında 64 uşaq iştirak edəcək.

Türk dünyası üçün ənənəvi uşaq oyunlarının həm əyləncə, həm də yarış formatında keçiriləcəyi bu festivalda məqsəd mədəni irs olan uşaq oyunlarının gələcək nəsillərə çatdırmaq və eyni oyunlarla böyüyərək müxtəlif coğrafiyada yaşayan uşaqların bir-birini yaxından tanımalarına, onlar arasında bağları gücləndirməyə, daimi dostluqlar qurmalarına kömək etməkdir.



IV Türk dünyasının ənənəvi uşaq oyunları festivalı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI