manera.az
manera.az

Türk Dünyası Sənədli Film Festivalında ölkəmiz təmsil olunacaq

Türk Dünyası Sənədli Film Festivalında ölkəmiz təmsil olunacaq
Türkiyədə VI Türk Dünyası Sənədli Film Festivalı və Yarışması keçiriləcək. Festival Türk Dünyası Jurnalistlər Federasiyasının təşəbbüsü ilə baş tutacaq.

Manera.az xəbər verir ki, bu il “Türk mədəniyyəti və türkün dünyaya baxışı” mövzusunda baş tutacaq festivalda ölkəmiz həmyerlimiz, İstanbul Universitetinin kommunikasiya fakültəsinin radio, televiziya və kino bölümünün doktorantı Səidə Ömərin “Xocalıya ədalət!” sənədli filmi ilə təmsil olunacaq.

Film festivala tələbə kateqoriyası üzrə təqdim edilib.

Ekran əsərində “Şuşa” filmindən və Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı çəkilən videogörüntülərdən istifadə edilib.

Builki festivalda dünyanın müxtəlif türkdilli dövlətlərinin peşəkar rejissorları və tələbələrinin filmləri yer alır.

Türk Dünyası Sənədli Film Festivalında ölkəmiz təmsil olunacaqБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031