manera.az
manera.az

Türk Dünyası Sənədli Film Festivalı başa çatdı

Türk Dünyası Sənədli Film Festivalı başa çatdı
Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Doqquz ölkə, doqquz şəhər!” devizi altında keçirilən V Türk Dünyası Sənədli Film Festivalı başa çatıb.

Federasiyanın və festivalın təşkilat komitəsinin sədri Menderes Dəmir bildirib ki, professional və tələbə kateqoriyalarında keçirilən festivalın builki mövzusu “Türk mədəniyyəti və türkün dünyaya baxış bucağı” idi.

Manera.az xəbər verir ki, festivalda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şimali Kipr, Macarıstan, Şimali Makedoniya ilə yanaşı, Rusiya Federasiyasının Tatarıstan, Çuvaşiya, Başqırdıstan, Tuva, Yakutiya, Dağıstan və Xakasiya respublikaları təmsil olunub.

Festivalın bağlanış mərasimi Türkiyənin Osmaniyyə şəhər valiliyi, Osmaniyyə Ticarət və Sənaye Palatası, “Qorqud Ata” Universiteti və Türk Dünyası Kültür, Sənət və Kino Vəqfinin dəstəyi ilə reallaşıb.

Öncə Qazaxıstan Dövlət Universiteti tərəfindən hazırlanan “Böyük müəllim Əl Fərabi” filmi nümayiş olunub. Sonra qonaqlar Türkiyənin məşhur aktyoru Çüneyt Arkının çəkildiyi filmlərin afişalarının da yer aldığı, türk kinosunun 106 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Bir sıra televiziya kanallarının canlı yayımladığı mərasimdə diqqətə çatdırılıb ki, festivala türk dünyasının 33 bölgəsindən ümumilikdə 150 sənədli film qatılıb. Pandemiya səbəbindən finala mükafat qazanan filmlər festivalın “YouTube” kanalı üzərindən nümayiş olunub.

Peşəkar nominasiyasında birinci mükafata qırğızıstanlı rejissor İbadulla Adjıbayevin “Müəllim”, ikinci mükafata türkiyəli rejissor Özer Kesemenin “Diş ağrısı”, üçüncü mükafata isə azərbaycanlı rejissor Vəli Səyyadinin “Hapıtlar” və türkiyəli rejissor Mehmet Can Bindalın “Şəms” filmləri layiq görülüb.

Bu nominasiyanın xüsusi mükafatları Atbin Hüseyninin “Dumanlı sərhəd” və Özbəkistandan Murod Odilovun “Suzuk Ota” filmlərinə təqdim olunub.

Tələbə kateqoriyasında birinciliyi Türkiyədən Yağmur Kartalın “Oyuncaqçı: gizli yadigarlar” filmi əldə edib. İkinci və üçüncü yerləri isə Tatarıstan (Rusiya) və Qırğızıstandan olan tələbələrin filmləri qazanıb.

Münsiflərin xüsusi mükafatına Qazaxıstandan Aralim Zetkergenin “Craftsman” filmi layiq görülüb. Festivalın təşkilat komitəsinin xüsusi mükafatını isə türkiyəli rejissor Həsən Erdoğmuşun “Merkeb-i-Mesai” filmi alıb.

Festivalın “Yaşam boyu” mükafatı korifey türk aktyoru Cüneyt Arkına verilib.

“Türk dünyasının fəxri” mükafatı bu dəfə tanınmış qırğız rejissoru Murat Əliyevin xatirəsinə həsr edilib.

Festivalın münsiflər heyətində ölkəmizi rejissor, Əməkdar incəsənət xadimi Nizami Abbas təmsil edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031