manera.az
manera.az

V Türk Dünyası Sənədli Film Festivalı keçiriləcək

📅 01.06.2020 09:57

V Türk Dünyası Sənədli Film Festivalı keçiriləcək
Türkiyədə V Türk Dünyası Sənədli Film Festivalı keçiriləcək.

Manera.az xəbər verir ki, bu barədə Türk Dünyası Jurnalistlər Federasiyası və festivalın təşkilat komitəsinin sədri Menderes Dəmir bildirib.

Onun sözlərinə görə, professional və tələbə kateqoriyalarında keçiriləcək festivalın builki mövzusu “Türk mədəniyyəti və türkün dünyaya baxış bucağı” olacaq.

“Tədbirdə Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Azərbaycan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Macarıstan, Makedoniya ilə yanaşı, Tatarıstan, Çuvaşiya, Başqırdıstan, Tuva, Yakutiya, Dağıstan və Xakasiyadan təmsilçilər iştirak edəcəklər.

Festivalda qalib gələn film 9 müxtəlif ölkədə nümayiş olunacaq. Tədbirə qatılmaq üçün son müraciət tarixi avqustun 30-dur”.

Festivalın yekunu olaraq 3 oktyabr 2020-ci il tarixində Türkiyənin İstanbul şəhərində təmtəraqlı Qala gecəsi və mükafatlandırılma mərasimi keçiriləcək.

Eyni zamanda dərəcəyə girə bilən filmər 6 Türk Respublikası və 3 Türk bölgəsində nümayiş olunacaq.

Qeyd edək ki, tədbirlə bağlı bütün məlumatlar http://www.turkbelgesel.com/ saytında yerləşdirilib./apa.az/


Baxış sayı - 2 726 | Yüklənmə tarixi: 01.06.2020 09:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031