“Poeziyamızın Qarabağ savaşı - Vətən müharibəsi” monoqrafiyası çap olunub
Filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfovanın “Poeziyamızın Qarabağ savaşı - Vətən müharibəsi” monoqrafiyası çap olunub.
Monoqrafiyaya AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli “Qarabağnamələrin ədəbiyyat mərhələsinin elmi dərki” adlı “Ön söz” yazıb.
Bu barədə Manera.az-a Ədəbiyyat İnstitutundan bildirilib.
Qeyd olunub ki, kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramovdur.
Monoqrafiya Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib. “Elm və təhsil” nəşriyyatında çap olunan kitab “90-cı illər poeziyasında I Qarabağ müharibəsinin təcəssümü”, “Poeziyamızın Vətən müharibəsi - Qarabağ”, “Müzəffər Vətən müharibəsi – azad Qarabağ mövzusunun epik vüsəti poemalarda” adlı fəsillərdən ibarətdir.
Qeyd edək ki, Mərziyyə Nəcəfova Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisidir.