manera.az
manera.az

Mirzə Cəlil yaradıcılığı haqda yeni monoqrafiya

Mirzə Cəlil yaradıcılığı haqda yeni monoqrafiya
AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın "Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri" adlı monoqrafiyası işıq üzü görüb.

Manera.az xəbər verir ki, nəşrdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq Cəlil Məmmədquluzadə yaradıcılığı milli yönümdən hərtərəfli təhlil olunub.

Müəllif XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalqının real həyat tərzini bütün incəliklərinə qədər özünəməxsus tərzdə əks etdirən görkəmli ədibin yaradıcılığında təsvir edilən ailə-məişət adətlərini, sənətkarlıq sahələrini, təsərrüfat həyatı məsələlərini etnoqrafik baxımından tədqiqata cəlb edib. Eyni zamanda, xalq arasında qorunub saxlanılmış adət və inamları sistemləşdirmək məqsədi ilə sorğular aparıb.

Tədqiqat əsərində Cəlil Məmmədquluzadə yaradıcılığında geniş təsvir edilən mənəvi mədəniyyətimizin bir çox cəhətlərinin sistemləşdirilməsi və müqayisəli təhlili qədim adət-ənənələrimiz haqqında geniş məlumat verməyə imkan yaradır.

Vəsaitin elmi redaktoru AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, rəyçiləri isə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovdur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31