"Cəlilabad folklor örnəkləri” kitabı nəşr olunub
Bu günlərdə AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə “Cəlilabad folklor örnəkləri” kitabı çapdan çıxıb.
Manera.az xəbər verir ki, kitabda ölkəmizin cənub bölgəsindən ─ Cəlilabaddan toplanan inanc, mif, əfsanə, rəvayət, atalar sözü, tapmaca, lətifə, qaravəlli, nağıl, bayatı, layla, düzgü, kimi folklor janrlarından örnəklər yer alıb.
“Cəlilabad folklor örnəkləri” toplusunda bölgədən toplanmış xeyli sayda xalq mahnıları, mərasim folklorundan seçmələr, eləcə də aşıq rəvayətləri, dastanlar, qıfılbənd, vücudnamə, müxtəlif məzmunlu şeirlər də öz əksini tapıb. Kitabın sonunda nağılların süjet göstəriciləri, mətnlərin söyləyiciləri və söyləyicilər haqqında ümumi məlumat təqdim edilib.
“Cəlilabad folklor örnəkləri” kitabının toplayıcıları və tərtibçiləri folklorşünaslar Sahibə Paşayeva və İlkin Elsevərdir.
Sözügedən toplunun redaktoru və ön söz müəllifi filologiya elmləri doktoru İslam Sadıq, rəyçiləri fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, filologiya üzrə fəlsəfə doktorları Mətanət Yaqubqızı və Vüsalə Əsədovadır.
“Elm və təhsil” nəşriyyatında nəşr edilən kitab 392 səhifədir.