manera.az
manera.az

Vətən müharibəsinin qələbə marşına çevrilən nidası - Qarabağ Azərbaycandır!

Vətən müharibəsinin qələbə marşına çevrilən nidası - Qarabağ Azərbaycandır!
Qarabağ Azərbaycandır kəlməsinin ehtiva etdiyi məna təkcə 30 illik işğal altında olan torpaqlarımızın azad edilməsinə istiqamətlənmiş bir hədəf deyil, eyni zamanda əsrlər boyu xalqımızın daşnak ermənilərin xain və məkirli planlarının tamailə alt-üst edilməsinə yönələn bir çağırış idi.

Bu kəlmə illərlə ədəbiyyatımızı ağuşuna almış kədərli, miskin məğlub Qarabağ obrazını hər qarışında üçrəngli bayrağımız dalğalanan qalib Qarabağ obrazı ilə əvəzlədi. Qarabağ Azərbaycandır iradəsi vaxtilə “Bu gecə yuxuma girmişdi Şuşa, Cabbar ağlayırdı, Xan ağlayırıdı, Dönmüşdü qanadı qırılmış quşa, Qarabağ boyaboy qan ağlayırdı”(Z.Yaqub)-deyə fəryad qoparan şairlərimizə bu gün artıq, Cabbarın və Xanın ağlamadığını, həm də Qarabağın qan ağlamadığı ruhunu qaytardı.

Qarabağ Azərbaycandır kəlməsilə yola çıxan Ali baş komandan və Onun müzəffər ordusu Azərbaycan dövlətinin haqq səsini dünyaya eşitdirdi və Dağlıq qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur düşüncəsində olanlara tarixi bir sərkərdə silləsi vurdu.

44 günlük Vətən müharibəsi Qarabağ arzusu gözündə dünyasını dəyişənlərin ruhuna bir məlhəm olmaqla yanaşı, yaşayan millətimizi də dünya xalqları müvazinəsində qalib xalq müstəvisinə yüksəltdi.Qarabağ Azərbaycandır məfkurəsinin tarixin dərin qatlarına nüfuz etməsinə nəzər salsaq, xalqımızın üçün o qədər də xeyirli ola bilməyəcək təkərrürlərin qarşısını aldığının şahidi olarıq.Sirr deyil ki, unutqanlığımız nəticəsində bir əsrdə iki dəfə 1918 –ci il 31 mart soyqrımı və 26 fevral 1992-ci il Xocalı soyrımını yaşayan xalqımız məhz Qarabağ Azərbaycandır marşı ilə növbəti belə təxribatın həm qarşısını aldı, həm də onu törədənlərə əsrlərlə yaddaşlarından çıxmayan bir dərs verdi. Ali Baş Komandanın Qarabağ Azərbaycandır ideyası siyasi müstəvilərdən qələbə ilə keçərək hərb meydanında Azərbaycan ordusunun parlaq qələbəsi ilə öz məntiqi sonluğuna yetişdi.

Qarabağ Azərbaycandır çağırışı vaxtilə ölkəmizin ikiyə parçalanmasını ürək ağrısı ilə “Gülüstan” poemasında dilə gətirərək:

Qoy ildırım çaxsın, titrəsin cahan!
Ürəklər qəzəbdən coşsun, partlasın.
Daim haqq yolunda qılınc qaldıran
İgid babaların goru çatlasın.

deyə hayqıran Bəxtiyar Vahabzadə və Onun kimi bir çox mütəfəkkirlərimizin gerçəkləşmiş arzusu oldu. Demək olar ki, bir neçə əsrdə daim doğma torpaqlarını itirən Azərbaycan Qarabağ Azərbaycandır sədaının bayrağı altında belə üzücü tarixi təkrarın qarşısını aldı.

Bəxtiyar Vahabzadənin igid babalar dediyi ulularımızın nəvələri tarix yazdılar və düşməni öz havadarları ilə Ali Baş Komandanın ifadəsilə yerlərinə oturtdular.

Qarabağ Azərbaycandır nida cümləsi təkcə olkəmizdə yaşayan və vətənlərinin daşı olan vətndaşlarımızı deyil, həm də dünyanın hər yerində yaşayan soydaşlarımızın da birlik, bərabərlik nəğməsinə çevirildi.Elə məhz bu birlik və bərabərliyin vəhdəti halında Azərbaycan ordusu tarixi qələbə qazandı.Vətən müharibəsində meydana gələn birliyi bəlkə də bir çoxlarımız filmlərdə görmüşdü, ancaq xalqımızın sərgilədiyi bu qardaşlıq bütün bunların bir yuxu olmadığını, xalq və dövlət bağlılığından doğan bir günəş olduğunu göstərdi.

Qarabağ Azərbaycandır ideyası rütbəsindən aslı olmayaraq hər bir şəxsi heyətin və könüllü olaraq ordu sıralarına yazılann hər bir vətəndaşımızın vətən nəğməsinə çevirildi. Bu ideya dünya ictimaiyyətinə sübut etdi ki, əsgər rütbəsilə deyil, çaldığı qələbə ilə tanınır.

Əsgər var sədası hər yandan gəlir,
Zabit var , tanınır tək rütbəsilə
Əsgərlər paqonla tanınmır, xeyr
Tanınır çaldığı qələbəsilə


Rəşadətli Azərbaycan ordusu Qarabağ Azərbaycandır nidası ilə yola çıxaraq rütbəsindən aslı olmayaraq hamısı biri, biri də hamısı üçün çalışaraq qəhrəmanlıq salnaməsi yazdılar.

Qarabağ Azərbaycandır nidası həm də Ana dilimizin qorunmasına, gələcək nəsillərə qalib dünya dili kimi ərməğan edilməsinə yönələn bir nida idi. Firudin bəy Köçərli qeyd edirdi ki, bir xalqı məhv etmək istəyirsənsə topa tüfəngə ehtiyac yoxdur,sadəcə həmin xalqın dilini məhv etsən o xalq yer üzərindən silinəcəkdir.Biz də o mövqedən yanaşsaq deyə bilərik ki, 30 ildə təkcə torpaqlarımız deyil, həmin ərazilərdə yerləşən tarixi abidələrimiz, tarixi toponimləriniz öz ana dillərindəki gözəl adlarından uzalaşdırılaraq, Ölkə Başçısının dediyi kimi eybəcər adlarla adlandırılmışdır.

Deməli, 30 ildə işğal altında olan ərazilərimizdə də doğma ana dilimiz də tamailə sıxışdırılmışdır və işğal edilmişdir. Azərbaycan xalqının tarixi zəfəri yenidən doğma torpaqlarımızda ana dilimizin yenidən intişar tapmasına səbəb olmuşdur.

Beləliklə, Ali Baş Komandan və Rəşadətli Azərbaycan ordusu dünyaya səsləndi ki, tarixə dəllallıq edənlər utansınlar, çünki tarix qapısına açar söz vardır ki, o da bütün qondarma cildlərə girənlərə tarixi sillə kimi vurulan Qarabağ Azərbaycandır! kəlməsidir.

AMEA Gəncə Bölməsi, Nizami Gəncəvi Mərkəzi
ƏLİMUXTAR HƏSƏN oğlu MUXTAROV,
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728