manera.az
manera.az

Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü gördü

Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü gördü
Filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Azərbaycan uşaq mətbuatında rus ədəbiyyatı məsələləri (1906-1920)” kitabı çap olunub.

Manera.az xəbər verir ki, monoqrafiya mərhum görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Xeyrulla Məmmədovun xatirəsinə ithaf olunub.

Monoqrafiyanın elmi redaktoru institutun direktoru, akademik İsa Həbibbəyli, rəyçiləri isə filologiya elmləri doktoru, professor Gülər Abdullabəyli və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevadır.

İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli nəşrə “Azərbaycan-rus ədəbi əlaqələrinin araşdırılmasına həsr olunmuş dəyərli tədqiqat əsəri” sərlövhəli “Ön söz” yazıb.

“AFPoliqrAF” nəşriyyatında çap olunan kitabda XX əsrin əvvəllərində uşaq ədəbiyyatı materialları əsasında Azərbaycan-rus ədəbi əlaqələrinin inkişafı və bədii tərcümə, eləcə də rus uşaq ədəbiyyatının Azərbaycan dilində ifadəsi məsələləri tədqiq olunub.

Qeyd edək ki, Vüqar Əhməd AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiridir.


Baxış sayı - 728 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031