manera.az
manera.az

Fransız dili təliminin təşkilinin müasir problemləri - DƏYiRMİ MASA | MANERA.AZ

📅 06.11.2015 22:37

Fransız dili təliminin təşkilinin müasir problemləri - DƏYiRMİ MASA | MANERA.AZ

Təhsil Problemləri İnstitutu və Fransa səfirliyi Respublika miqyaslı dəyirmi masa təşkil etdi

6 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun (ARTPİ) rəhbərliyi, Fransa səfirliyi, Azərbaycan-Fransız dili Müəllimlər Assosiyasiyası, respublikanın nüfuzlu ali və orta ümumtəhsil müəssisələrinin təhsil işçiləri və KİV nümayəndələrinin iştirakı ilə “Fransız dili təliminin təşkilinin müasir problemləri” mövzusunda respublika miqyaslı dəyirmi masa keçirildi.

MANERA.AZ xəbər verir ki, dəyirmi masanı giriş sözü ilə açan ARTPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov qloballaşma prosesinin və inteqrasiyanın getdikcə sürətləndiyi ictimai-siyasi, sosial-mədəni sahələrdə baş verən mühüm keyfiyyət dəyişikliklərinin əhəmiyyətini vurğuladı. İKT-dən istifadə etməklə şagirdlərin kommunikativ bacarıqlarının yüksək səviyyədə inkişafının tələb olunduğu bir dövrdə şagirdlərin XXI-əsrin xüsusiyyətlərini özündə əks etdirə biləcək müasir kompitensiyalara malik formalaşdırılmasının vacibliyini vurğulayan, Q.Novruzov xarici dil kompitensiyalarının inkişaf etdirilməsi istiqamətində təlim-tədris prosesinin müasir problemlərinin həlli istiqamətində tətbiqi zəruri olan məsələləri qeyd etdi.

ARTPİ-nin aparıcı elmi işçisi, ADU-nun dosenti G. Camalova və ARTPİ- nin böyük elmi işçisi A. Mahmudova müzakirə istiqaməti üçün elektron təqdimatla çıxış etdilər.

Dəyirmi masanın keçirilməsində əsas məqsəd fransız dilinin tədrisinin müasir problemlərini aşkara çıxarmaq, ümumtəhsil, həmçinin ali təhsil səviyyəsində müəllimlərin, tələbələrin və şagirdlərin çətinliklərini öyrənmək, yarana biləcək çətinlikləri aradan qaldırmaq üçün müxtəlif həll yolları axtarmaqdan ibarətdir. Bu məqsədlə dəyirmi masa fransız dili müəllimlərini daha çox narahat edə biləcək bir neçə sual üzərində qurulmuşdur: fransız dilinin tədrisinin aktuallığı, fransız dilinin tədrisində yeni texnologiyaların tətbiqi, fəal təlim yönümlü tapşırıqların hazırlanma strukturu, şagird nailiyyətlərinin qiymətləndirilməsi. Tədbirdə fransız dilinin təliminin aktual problemləri, fransız dili təliminin səmərəli təşkili, yaranan problemlər və onların aradan qaldırılması, innovativ təlim üsulunun tətbiqi, tədrisdə müasir pedaqoji innovasiyaların tətbiqindən gözlənilən yüksək təlim nəticələrinin əldə olunması müzakirələrin əsas prioriteti oldu.


Baxış sayı - 2 165 | Yüklənmə tarixi: 06.11.2015 22:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031